Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
16 Sen 11:49news
İcra Hakimiyyəti pul olmadığını dedi, məktəblilərin avtobusu LƏĞV EDİLDİ
“Quba rayonunun Yalavac kəndində onlarla şagird bu il təhsildən kənarda qala bilər. Kənddəki məktəb 4 illikdir, ən yaxın təhsil müəssisəsinə getmək üçün uşaqlar kilometrlərlə məsafə qət etməlidirlər. Əvvəllər bunun üçün Quba rayon İcra Hakimiyyəti tərəfindən marşrut avtobusu ayrılsa da, artıq bu avtobus ləğv olunub”.
Respublikaxeber.az KONKRET.az-a istinadən xəbər verir ki, bu şikayətlə bir qrup kənd sakininin adından Habil Hacıyev müraciət edib.
Onun sözlərinə görə, 2019-cu ildə kəndin uşaqları ən yaxın təhsil müəssisəsinə – Şabran rayonunda yerləşən 2 nömrəli məktəbə gediblər: “Bizim kənddən Şabran rayonunda ən yaxın məktəbə qədər məsafə 8 km, Quba rayonunda məktəbə isə 55 kilometrdir. 2019-cu ildə Quba RİH tərəfindən marşrut ayrılmışdı, sürücüyə aylıq 500 manat məbləğində pul ödənirdi və uşaqları məktəbə aparıb gətirirdi. Hazırda o marşrut ləğv olunub. Təxminən 20 uşaq bu il məktəbə getməyəcək. Hamısı da savadlı, yaxşı oxuyan 5-9-cu sinif şagirdlərdir”.
Şikayətçi bildirib ki, sözügedən kənddə məktəb əvvəldən 4 illik olub. Lakin get-gedə kəndin əhalisi artıb, yeni məktəbin tikilməsinə zərurət yaranıb: “Ötən il yalnız ibtidai sinifləri əhatə edən yeni modul tipli məktəb tikilib və bu məktəbdə 25 şagird təhsil alır. Hazırda kənddə 80 təsərrüfat sahəsi, 60 ev var. Əhali də getdikcə artır, yeni məktəbin tikilməsinə ehtiyac var. Bununla bağlı dəfələrlə İcra Hakimiyyətinə də müraciət etmişik. Söz veriblər ki, gələn ilə kənddə 9 illik məktəb olacaq”.
Problemlə bağlı Qafqazinfo Quba rayon İcra Hakimiyyətinə müraciət edib. RİH-dən cavab olaraq bildirilib ki, əvvəllər İcra Hakimiyyətinin bu məqsədlə vəsaiti olub. İndi belə vəsait olmadığından qeyd olunan məsələ üzrə pul ayırmaq mümkün deyil. Hazırda Yalavac kənd məktəbinin 9 illik olması ilə bağlı iş gedir və yaxın vaxtlarda məsələ öz həllini tapacaq.
Quba rayon Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyev kənd məktəbinin tipinin 9 illiyə dəyişdirilməsi ilə bağlı məsələnin müzakirə olunduğunu və müvafiq sənədlərin Təhsil Nazirliyinə göndəriləcəyini deyib: “Yalavacda yeni modul tipli məktəb binası inşa etmişik. İndi bizim sakinlərə edə biləcəyimiz kömək ondan ibarətdir ki, həmin modul tipli məktəbin tipi dəyişdiriləcək, məktəb 9 illik olacaq. Bununla bağlı sənədlər toplanıb və bu gün Təhsil Nazirliyinə göndəriləcək. Ondan sonra məktəbin tipi dəyişdirilə bilər. Kənddəki modul tipli məktəb 40 yerlikdir. Bu cür məktəblərdə şagird sayına görə sinif otaqlarını artırıb-azaltmaq olar. Əgər ehtiyac yaranarsa, sonrakı dövrdə məsələ qaldırılıb sinif otaqları artılacaq. Lakin əvvəlcə yalnız 5-ci sinfin açılmasından söhbət gedir. Növbəti illərdə isə mərhələli şəkildə digər siniflər – hər il müvafiq olaraq bir sinif artırılacaq. Bununla da Yalavacda orta məktəb yaşlı uşaqların hamısı icbari təhsilə cəlb olunacaq”.
Məktəbin tipinin nə vaxt dəyişdirilməsi isə təhsil nazirinin əmrindən asılıdır: “Ola bilər ki, bu dərs ilinin əvvəli və ya ikinci yarım ildə baş versin”.
Digər şagirdlərin taleyinə gəlincə isə, şöbə müdiri bildirib ki, bu il də onlar qonşu rayonun digər məktəbləri ilə kifayətlənməli olacaqlar. Həmçinin R. Hacıyev əlavə edib ki, kənddə məktəb yaşlıların marşrutla təminatını kənd bələdiyyəsi öz üzərinə götürə bilər.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi