Sorğu
Оцените работу движка

21 Dek 17:18news

Səbuhi Xanlarov ehtiyatda olan polis zabitidir? - RƏSMİ AÇIQLAMA

Səbuhi Xanlarov ehtiyatda olan polis zabitidir? -  RƏSMİ AÇIQLAMA

Aktyor Səbuhi Xanlarov “Tik-Tok” da “Azinforum”un canlı bağlantısı zamanı maraqlı fikir bildirib.O 2000-2008-ci illərdə polis işlədiyini, ehtiyatda olan polis baş-leytenantı olduğunu, DİN-dən təqaüd aldığını, hətta 15-16 oktyabr hadisələrində xidmət etdiyini bildirib.

Respublikaxeber.az xəbər verir ki, azxeber məsələ ilə bağlı Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidovla əlaqə saxlayıb.
E.Zahidov açıqlamasında DİN-in belə bir əməkdaşının olmadığını bildirib:

“Səbuhi Xanlarov adlı adam Daxili İşlər Nazirliyində işləməyib. Hazırda DİN-in Səbuhi Xanlarov adlı təqaüdçüsü yoxdur”.

***
11:01

Aktyor Səbuhi Xanlarov ehtiyatda olan polis zabitidir.
Respublikaxeber.az xəbər verir ki, bu barədə S.Xanlarov jurnalist Məhəmmədəli Qəribli ilə “Tik-tok” sosial şəbəkəsində olan canlı bağlantı zamanı məlumat verib:
“2000-2008-ci illərdə polis işləmişəm. Mən ehtiyatda olan polis baş leytenantıyam, Daxili İşlər nazirliyindən pensiya alıram. 15-16 oktyabr hadisələrində xidmətlərim olub. Ayağımda 421 ədəd dəmir mil var. Mənim sağ ayağım dəmirdən yığılıb”.
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin: