Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
13 Sen 12:59news
Vətən müharibəsi iştirakçıları və ailə üzvləri üçün metrodan istifadə pulsuz olacaq? - AÇIQLAMA
“Bakı Metropoliteni” QSC-nin xidmətindən pulsuz istifadə etmək istəyənlərin sayı artıb.
Respublikaxeber.az-ın KONKRET.az-a istinadən məlumatına görə, Vətən müharibəsində iştirak edərək yaralanmış şəxslər, eləcə də həyatını itirmiş şəxslərin ailə üzvləri metro məsələsində güzəştli kateqoriyaya aid edilmələrini istəyirlər.
Hələ ki, bununla bağlı qərar yoxdur. Amma sözügedən şəxslərin bəzən metroya pulsuz minməyə cəhd etməsi halları olur. Bu da onlarla metro işçiləri arasında kiçik münaqişə yaradır.
Bununla bağlı “report”un sorğusuna cavab olaraq “Bakı Metropoliteni”ndən bildirilib ki, ödənişsiz istifadə hüququ olan sərnişinlərin əhatə dairəsi və bu hüququn əsasları qanunvericiliklə müəyyən edilib:
Nazirlər Kabinetinin 19 oktyabr 2010-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Bakı Metropolitenindən İstifadə Qaydaları”nın 2.1-ci bəndinin tələbinə görə sərnişinlər metropolitenin buraxılış mənətəqəsindən daxil olarkən gediş haqqı ödəməli və ya ödənişsiz keçid hüququ verən sənədi açıq şəkildə təqdim etməlidirlər.
Həmin şəxslərin siyahısı belədir.
– 7 yaşına qədər uşaqlar – Nazirlər Kabinetinin 19 oktyabr 2010-cu il tarixli 179 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakı Metropolitenindən İstifadə Qaydaları”nın 4.1.1-ci bəndinə əsasən sərnişinlər 7 yaşınadək uşaqlara görə gediş haqqı ödəməmək hüququna malikdirlər;
– xidməti vəzifələrinin icrası zamanı polis əməkdaşları – “Polis haqqında” qanunun 38-ci maddəsinin IV hissəsinə əsasən xidməti vəzifələrinin icrası zamanı polis əməkdaşları ölkə ərazisində sərnişin nəqliyyatının bütün növlərindən (taksidən və şəhərlərarası nəqliyyatdan başqa) pulsuz istifadə etmək hüququna malikdirlər;
– müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları – “Hərbi qulluqçuların statusu haqqında” 25 dekabr 1991-ci il tarixli 36 nömrəli qanunun 6-cı maddəsinə görə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları sərnişin nəqliyyatının bütün növlərindən (taksidən başqa) pulsuz istifadə edirlər. 3 oktyabr 1997-ci il tarixli, 377-IQ nömrəli qanunla təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsanamənin 4-cü bəndinə, “Hərbi vəzifə və hərbi xidmət haqqında” 23 dekabr 2011-ci il tarixli 274-IVQ nömrəli qanunun 28.2-ci maddəsinə görə müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara qanunla müəyyən edilmiş müddətlər daxilində həqiqi hərbi xidmət keçən əsgərlər, matroslar və çavuşlar aiddirlər.
Güzəştlərin tətbiq edilməsini müəyyən edən hüquqi-normativ sənədlərin qəbulu, onlarda əlavə və dəyişikliklərin edilməsi “Bakı Metropoliteni”nin səlahiyyətlərinə daxil deyil. Metro nəqliyyatında sərnişindaşıma funksiyalarının təşkili və tənzimlənməsini həyata keçirən müəssisə kimi “Bakı Metropoliteni” qeyd edilən normativ-hüquqi aktların icrasını təmin edir.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər
ELYAZ YAZAN: AZƏRBAYCANIMIZIN QEYRƏTLİ QADINI! DOĞUM GÜNÜN MÜBARƏK
BİLƏSUVAR RPŞ-SABİQ PROKURORU NƏ ÜÇÜN MÜDAFİƏ EDİR? CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB ETMİR?!!!
ABŞERON BİNƏ PEŞƏ LİSEYİNDƏ VARDIR BİR ALI, İŞÇİNİ HƏDƏLƏYİR, MÖHKƏMDİR DALI
ŞƏKİDƏ YOL QƏZASI, BİRİ YERİN ALTINDA, BİRİ DƏ YERİN ÜSTÜNDƏ HƏBS EDİLDİ