Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
16 Dek 10:25news
16 dekabr – Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı günüdür!
Respublikaxeber.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi ölkə əhalisinin həyat fəaliyyətinin, ərazilərin, dövlət əmlakının və fərdi mülkiyyətin təhlükəsizliyinin təmin olunması sahəsində öz fəaliyyətini uğurla davam etdirir.
Ötən 2019-cu il ərzində ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı ilə nazirliyin maddi-texniki bazasının möhkəmləndirilməsi, kadrların peşəkar hazırlıq səviyyəsinin artırılması, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində uğurlu fəaliyyətin davam etdirilməsinə şərait yaradıb.
Belə ki, 2019-cu ilin 11 ayı ərzində müxtəlif qəza və köməksiz vəziyyətdə olan insanların xilas edilməsi, yanğından mühafizə, su hövzələrində xilasetmə və digər məsələlərlə bağlı “112” qaynar telefon xəttinə ümumilikdə 95 minə yaxın zəng daxil olub.
Respublikada 15638, o cümlədən Bakı şəhərində 4266 yanğın hadisəsi qeydə alınıb. Onlardan 21 yanğın hadisəsi yüksək saylı çağırışla söndürülüb. Hər gün orta hesabla 47 yanğın hadisəsinə çıxış qeydə alınıb, hər 6 gün ərzində yanğınlarda 1 nəfər xilas edilib. Əməkdaşların şücaəti səyəsində ümumilikdə 1472 hektara yaxın taxıl zəmisi, həmçinin, 400 min kvadratmetrdən artıq tikili sahəsi yanğından mühafizə olunub, meşəlik ərazilərdə baş vermiş yanğınlar Aviasiya dəstəsinin təyyarə və helikopterləri, Mülki müdafiə qoşunları və regional mərkəzlərin qüvvələri cəlb edilməklə geniş ərazilərə yayılmasının qarşısı alınaraq söndürülməsi təmin edilib.
Ümumilikdə, yanğınların söndürülməsi zamanı 86 dövlət obyekti, 323 özəl obyekt, 346 çoxmənzilli bina, 526 fərdi ev, 480 yardımçı tikili, 276 ədəd müxtəlif təyinatlı texnika mühafizə olunub. Baş vermiş yanğınların söndürülməsi zamanı insan həyatı üçün təhlükə faktorları nəzərə alınaraq 1030 nəfər təhlükəsiz əraziyə təxliyyə olunub.
Həmçinin, Dövlət Yanğından Mühafizə Xidmətinin xilasediciləri tərəfindən 50 dəfə nəqliyyat və digər qəzalara çıxışlar olub, 74 nəfər deformasiyaya uğramış nəqliyyat vasitələrindən xilas edilib, həlak olmuş 40 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Nazirliyin xüsusi riskli xilasetmə qrupları yol-nəqliyyat qəzası, silah-sursat aşkarlanması, təhlükəli meteoroloji hadisələr, intihara cəhdin qarşısının alınması, mənzilə qaz sızması, mənzildə köməksiz vəziyyətdə qalma, liftdə qalma və s. xarakterli olmaqla 1392 müxtəlif axtarış və qəza-xilasetmə əməliyyatlarında iştirak ediblər. Fövqəladə halların və bədbəxt hadisələrin nəticələrinin aradan qaldırılması zamanı 467-si uşaq olmaqla 1584 nəfər zərərçəkmiş xilas olunub, 35 nəfər zərərçəkmişə ilkin yardım göstərilib. Həmçinin, 81 nəfərin cəsədi deformasiyaya uğramış nəqliyyat vasitələrindən və bağlı qapı arxasından çıxarılıb.
Bundan başqa, nazirliyin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən nəzarət olunan çimərlik ərazilərində boğulma təhlükəsi ilə üzləşən 138 nəfər və nəzarət olunmayan qeyri-çimərlik ərazilərdə 123 nəfər olmaqla cəmi 261 nəfər vətəndaş xilas edilib.
Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrin layiqincə icrası məqsədilə fəaliyyətini davam etdirir.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi