Sorğu
Оцените работу движка

11 Dek 08:52news

Qiyamət günü hazırlığı başladı - FOTO

Qiyamət günü hazırlığı başladı - FOTO

Elm adamları Avstraliyanın Tasmaniya adasında “Yerin qara qutusu” adlı infrastrukturun tikintisinə başlayıblar. Bunun XXI əsrdə bəşəriyyətin başına gələnlər haqda məlumatları yox olduqdan sonra yenidən təkamül prosesi keçirəcək, Yer kürəsinə gələcək və ya salamat qala biləcək insanlara çatdırmaq məqsədi daşıdığı bildirilib.

Respublikaxeber.az xəbər verir ki, elm adamları hazırda ciddi ölçülərə çatan “qara qutu”nun hazırlanmasına başlayıb. Bu qara qutunun inşası “Qiyamət üçün hazırlıq” adlanır.
Nəhəng polad monolit təyyarə qəzalarında faciənin səbəbləri barədə məlumat əldə etmək üçün istifadə edilən qara qutulardan ilham alınaraq hazırlanıb. Bu infrastruktur iqlim böhranının səbəb olacağı Apokalipsisdən sonra insanlara nə baş verdiyini və nəyin səhv getdiyini izah edəcək məlumatlara ev sahibliyi edəcək. Sözügedən monolit Günəş enerjisi ilə işləyən sərt disklərdən ibarət olacaq. Bu disklərin hər biri real vaxt rejimində elmi yeniliklər və dünyanın üzləşdiyi bəzi ən qaranlıq problemlərin təhlili ilə doldurulacaq.

Beləliklə, iqlim dəyişikliyi, növlərin yox olması, ekologiyanın çirklənməsi və bunların insanların səhhətinə təsirləri ilə bağlı bütün məlumatlar qeydə alınacaq. Layihə Tasmaniya Universitetinin tədqiqatçıları və özəl marketinq agentliyi “The Glue Society”nin əməkdaşlığı ilə hazırlanır.
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin: