Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
26 Avq 08:17news
Biznesmen-deputat Hacı Salayevin mühafizə şirkəti, çörək zavodu, oteli…- Gündüzlər otel, gecələr qumarxana olan “Lake Palace” İDDİA
Respublikaxeber.az Teref.az-a istinadən xəbər verir ki, Bir vaxtlar Ramiz Mehdiyev üçün sinəsini qabağa verənlərdən biri də Salayev idi..
Biz deputat-biznesmen Hacı Salayev haqqında yazılanların nə dərəcədə həqiqətə uyğun olub-olmadığı haqqında hökm verə bilmərik.
Ancaq bizim üçün maraqlıdır ki, haqqında yazılanlar barəsində cənab Hacı Salayev nə üçün susur. Axı, yazılanlar yalan olsaydı cənab Salayev təkzib tələb edər, öz mövqeyini açıqlayar, lap sonda məhkəməyə müraciət edərdi. Bütün bunların heç birini biznesmen-deputat etmir və susur.
Müdriklər isə deyib ki, susmaq razılıq əlamətidir.
Əslində deputat olduğu illər ərzində cənab deputatın səsini parlemtin tribunasından bircə dəfə də olsun eşidən olmayıb, hətta jurnalistlər Hacı Salayevi lal deputatlar siyahısında həmişə öndə yazıblar.
Susmağın razılıq əlaməti olduğunu bildik. Amma bunun bir taktika olduğunu da başa düşməliyik.
Hacı Salayev kimi biznesmen-deputatlar gözdən uzaq, mediadan iraq olmaqla, öz gizli və şübhəli fəaliyyətlərini sığortalayırlar. Ancaq media haradan olsa da qurdalayıb, Salayevin əməllərini ortaya qoyur.
Deputatın biznes fəaliyyəti ilə məşğul olmasının qadağan olduğu hamıya bəllidir. Qanun buna imkan vermir. Ancaq Salayev kimiləri üçün qanun sanki kağız parçasından başqa bir şey deyil.
Bəli, Salayev ixtisasca “tovaraved”dir, “Narxoz”u bitirib.
Əvvəllər əmttəşünas kimi çalışıb. Sonradan Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarədə (Hərbi Əks-Kəşfiyyat Xidməti, Milli Təhlükəsizlik Nazirliyi) xidmətdə olub, hətta Milli Təhlükəsizlik Nazirliyinin şöbə rəisi vəzifəsində çalışıb. Ehtiyatda olan polkovnikdir.
2002-ci ilin noyabr ayından 2005-ci ilin mart ayınadək “TRUST” Mühafizə Şirkətinin Baş direktoru vəzifəsində işləyib.
2005-ci ilin avqust ayından 2006-cı ilin mart ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Prezidentinin Təhlükəsizlik məsələləri üzrə müşaviri və Təhlükəsizlik Departamentinin rəisi vəzifəsində işləyib.
2010-cu ildə IV-cü Çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.
2011- 2015-ci illərdə Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının Hüquq Məsələləri Daimi Komissiyasının sədr müavini olub.
2015-ci ildə yenidən Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.
Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsinin üzvü olub.
Bəli, görək Hacı Salayev korrupsiyaya qarşı necə mübarizə aparıb ?
Özü deputat ola-ola biznes fəaliyyəti ilə məşğul olan Hacı Salayev korrupsiyaya qarşı necə mübarizə apara bilərdi ?
Deputata məxsus “TRUST” mühafizə şirkətində minlərlə işçi çalışır. Və deputatın səhəri-axşamı bu şirkətdə keçir.
Bundan əlavə cənab Hacı Salayevin “Lake Palace Hotel”i, tikinti məhsullarının istehsal və satışını həyata keçirən tikinti şirkətləri də var.
Bu adam elə əsl korrupsionerdir də. Vergidən yayınmağı da öz yerində.
Yeri gəlmişkən, Hacı Salayev yəhudi əsilli milyarder Telman İsmayılovla qudadır. Belə ki, deputatın oğlu milyarderin qızı il ailə qurub. Bu qohumluqdan sonra deputat daha da varlanıb.
Ən dəhşətlisi odur ki, Hacı Salayevin oğlu Kənan Salayevin atasına məxsus “LAKE PALACE” otelində ölkənin elit dairələrinə aid olan məmurların övladları üçün qumar masası yaratdığı iddia olunur.
Kənan Salayevin yaxın dostu Ayazın “LAKE PALACE”-də Aynar Məmmədova böyük məbləğdə pul uduzması da iddialar arasındadır.
Aynar Məmmədov isə sabiq nazir Ziya Məmmədovun qardaşı, keçmiş deputat Elton Məmmədovun oğludur.
“LAKE PALACE” otelində ayrı-ayrı nömrələrdə gecə saatlarında qumar masası təşkil edir. Bildirilir ki, oteldə qumar oynamağa gələn gənclər bir qayda olaraq ölkənin tanımış məmurlarının övladları olur .
Kənan Salayevin uşaqlıq dostu, sinif yoldaşı Ayaz adlı şəxs təkcə “LAKE PALACE” otelindəki qumar masalarını idarə etmir. Həmçinin Hacı Salayevin “Xəzər” çörək zavodu da Ayazın idarəsindədir.
Bir sözlə, Hacı Salayevin gəlhagəlidir.
Yeri gəlmişkən, onu da qeyd edək ki, Hacı Salayev Ramiz Mehdiyev üçün sinəsini qabağa verənlərdən olub, “boz kardinala” görə, lazım gələndə dünyanı qarışdırıb, kimləri üz-üzə qoymayıb. Mehmanla bağlı deyilənlər də öz yerində. Görəsən, Salayev indi Ramiz Mehdiyev üçün nələrindən keçər..?
Niyə susursan, cənab Salayev ?
Respublikaxeber.az olaraq iddia olunanlarla bağlı qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq!
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi