Sorğu
Оцените работу движка

24 Mar 22:54Neft-Qaz

Ruslan Əliyev: Zaqatala və Balakəndə qaz təchizatındakı çətinliklərlə özüm məşğul oluram

Ruslan Əliyev: Zaqatala və Balakəndə qaz təchizatındakı çətinliklərlə özüm məşğul oluram
“Əziz dostlar, Zaqatala və Balakən rayonlarının bəzi yaşayış məntəqələrində qaz təchizatında yaranan çətinliklərlə birbaşa özüm məşğul oluram. Proses tam nəzarətdə saxlanılır. Müvafiq strukturlara tapşırıqlar verilib və özüm başda olmaqla hamı iş başındadır”.

Respublikaxəbər.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev feysbukdakı səhifəsində yazıb.

“Yəni heç kim elə düşünməsin ki, biz bu prosesdən məlumatsızıq. Biz yaxşı bilirik ki, harda, hansı kənddə, hansı qəsəbədə qazın təminatı nə yerdədir. Yəqin siz də etiraf edərsiniz ki, təbii qaz təchizatının dayandırılması halı yoxdur. Sadəcə bəzi yaşayış məntəqələrində qazın təzyiqində çətinlik yaşanır. "Azəriqaz" İstehsalat Birliyi qaz paylayıcı qurumdur, bizə qədər böyük şəbəkə mövcuddur.

Bəzən bu şəbəkədə yaranan problemlər də bizə təsirsiz ötüşmür. Təzyiq düşürsə, onun əvvəlki vəziyyətə qaytarılması müəyyən qədər vaxt tələb edir. Bu, texnoloji bir prosesdir. Əmin olun ki, qısa müddətdən sonra hər şey qaydasına düşəcək. Lakin bu arada bəzi klaviatura qəhrəmanları sosial şəbəkədə əsassız fikirlər yazır, insanları çaşdıran paylaşımlar edirlər. Xahiş edirəm ki, belə məlumatlara inanmayın. Çaşqınlıq yaradan mənbələrdən uzaq durun.

Həqiqətən qaz təsərrüfatına dair düzgün məlumatın yeganə ünvanı "Azəriqaz" İstehsalat Birliyidir. Birliyin sosial şəbəkə ünvanları, mənim Facebook səhifəm, Çağrı Mərkəzi (104/185 saylı nömrələr) və 077 310 41 04 saylı “Whatsap” nömrəsi - budur əsaslı mənbə. Belə məqamlarda sizi dolaşıqlığa salan insanlara inanmayın. Mən sizin yanınızdayam, arxayın olun, bəzi xırda çətinliklər də tezliklə həllini tapacaq”, - deyə Ruslan Əliyev qeyd edib.

Respublikaxəbər.az 0518310101
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin: