Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
07 Yan 10:22Neft-Qaz
“Azəriqaz”dan əhaliyə edilən müraciətlər nəticəsini verib
Qaynar xəttə mindən çox sayğac fotosu göndərilib.
Bu barədə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, 2020-ci il dekabr ayının 31-də mexaniki-elektron sayğac istifadəçisi olan abonentlərimizdən xahiş edilib ki, kim sayğacının göstəricisinin 2021-ci il yanvar ayının 10-dan tez oxunaraq bazaya yüklənməsini istəyirsə, sayğacın aydın görünən və üzərində çəkilmə tarixinin əks olunduğu fotoları Birliyin qaynar xəttinə (+99477 3 104 104) göndərsin.
Belə olan halda onlar üçün yeni ilin aşağı tarifli güzəştli limit həddi (illik hər kubmetri 10 qəpikdən olan 2200 kubmetr) fotonun qeydə alındığı tarixdən hesablanacaq. Əks halda mexaniki-elektron sayğacların göstəriciləri yanvarın 10-dək oxunaraq bazaya təqdim olunacaq. Bu təklif prosesi tezləşdirmək istəyən abonentlər üçün irəli sürülüb.
Qeyd edək ki, qaynar xəttə ümumilikdə 1334 foto daxil olub. Bu müraciətlərdən 1192-si abonent bazasına artıq daxil edilib və müvafiq bildirişlərin həmin abonentlərə təqdim edilməsi üçün struktur bölmələrə tapşırıqlar verilib. 142 foto isə oxunmaya yararlı olmayıb.
Ümumilikdə Birlik tərəfindən 1 milyon 282 min 500 ədəd mexaniki-elektron sayğacın oxunması təmin edilməlidir. Yanvarın altısı günorta saatlarına qədər bu işin 31 faizi icra olunub. Fiziki sayğac oxunuşu üzrə hesabatın yanvarın doqquzuna günorta saatlarına yekunlaşdırılması nəzərdə tutulur.
Respublikaxəbər.az
Sənəm Əliyeva

Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər