Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
04 Fev 14:04Medeniyyet
Leyla Əliyeva əsgərimizə şeir yazdı
Respublikaxeber.az “Aydın yol”a istinadən Leyla Əliyevanın Azərbaycan əsgərinin ölümsüzlüyü haqqında qələmə aldığı şeirlərini təqdim edir.
Əsgər
Əsgər… Ədalətə tapınan insan.
Qəlbi Qələbənin eşqiylə yanar.
Əsgər… Ürəyində vətən vəfası,
Köksündə bir sükut çığırtısı var.
Güllə qabağında qırpılmaz gözü,
Günəşin önünü dağ kəsə bilməz!
Əsgər gözəl bilir: sevginin üzü
Həqiqət nurundan heç vədə dönməz.
Qorxusuz gözləri yırtar gecəni,
Alnına qırmızı kölgə salar dan…
Zülmətdən qorxmağı anlamaq olar,
Dərd odur, dərd odur Gündən qorxasan.
Eşidər Allahın pıçıltısını,
İlahi nəfəsdən gərilər sinə.
O, yalan içində batan dünyanın
Yükünü qaldırar çiyinlərinə.
Əsgər… Öz yurduna ilahi bir pay:
Doğulub müqəddəs gündə, saatda.
Zalımın bu nankor, bu kor kölgəsi
Əriyər qəlbinin işığı altda.
Gərər sinəsini şərə, şeytana,
Elin hər daşının həyanı olar.
Taleyi yazılmış açıq alnını
Söykər sərhəd boyu uzanan yola.
Sancılar bayraqtək yüksəkliklərə,
Günəşə qoşulub yanan çıraqdı.
Yeriyər, yer titrər ayağı altda,
And yeri vicdandı, and yeri haqdı.
Onun vətənindən müqəddəsi yox,
Onun dağlarından yoxdu ucası.
Düşür sümüyünə torpağın indi
Mətin addımların melodiyası.
Hər insan Allahın səsidir axı:
Nə qorxar qanından, nə can əsirgər.
Gözünün rəngində torpaq qarası,
Kürəyi vətənin hasarı əsgər.
***
Bombalar səs-səsə veriblər yenə,
Vətənin bağrından qan axır indi.
Düşmən gülləsinə tuş olan əsgər,
Yaran qəlbin qədər dərin, dərindi.
Ağlayır bir ata itirmiş uşaq,
Ağlayır göylərdə Günəş də bu gün.
Ellikcə savaşa hazırıq, Vətən,
O dərdli uşağın göz yaşı üçün.
Bir gün qayıdacaq yerinə hər şey,
Bir gün sevinəcək bu yurd, bu ocaq…
Ancaq o atanın isti qucağı
Bir də o uşağa açılmayacaq.
Elimiz qələbə sorağı gözlər:
Gözləri yoldadı, qulağı səsdə.
Analar əlini qoyub and içir
Oğul itkisinin ağrısı üstə.
Gün gələr, o zəfər xəbəri gələr,
Öpər igidlərin başdaşlarını.
Ata nisgiliylə qovrulan uşaq
Dəfn elər gözündə göz yaşlarını.
Belinizdə ağrılar var? Oynaq və bel ağrısı 5 günə keçir. Sadəcə...
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi