Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
03 Noy 08:11Medeniyyet
Yazarların azarı: “Bir şüşə araq içməsə, heç nə yaza bilmir”
Yazıçılar arasında yazılmamış bir qanun var. Bəzi yaradıcı insanlar düşünürlər ki, spirtli içki qəbul etmədən yaxşı yaza bilməzlər, spirtli içki insanı cəsarətli edir, sərbəstlik gətirir. Təsadüfi deyil ki, insanlar ayıq ikən deməyə cəsarət etmədikləri sözləri məhz içkili olduqları zaman deyirlər. Bu səbəbdən bir çox yaradıcı insanlar əsərlərini yaratmadan öncə spirtli içki qəbuluna müsbət yanaşırlar. Bəlkə də bu səbəbdən tanınmış insanlar arasında qaraciyər serrozundan əziyyət çəkənlər çoxdur.
Respublikaxeber.az KONKRET.az-a istinadən xəbər verir ki, əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu mövzu ilə bağlı Yenisabah.az-a danışıb. O, qaraciyər xəstəliklərinin yalnız içki ilə bağlı olmadığını bildirib:
“Əvvəllər yaradıcı insanlara məxsus olan xəstəlik ürək xəstəliyi idi. İndi qaraciyər serrozunun adı çəkilir. Lakin burada yalnız içkidən söhbət gedə bilməz. Buraya palma yağlarından hazırlanan hazır yeməklər, aldığımız havanın çirkli kimyəvi tərkiblərlə zəngin olması da daxildir. Eyni zamanda içkilər də əvvəlki içki deyil.
Slavyan xalqları çəlləklə araq içib şənlik edirdilər, hərəsi 120 il yaşayırdı. Niyə qaraciyər xəstəlikləri yayılmırdı? Bu xəstəlik ekologiya və ona məxsus olan zəhərli qida maddələri ilə bağlıdır və bunların fəsadını qaraciyər çəkir. Qaraciyər zavod kimi onları istehsal edir, sonra gücü çatmır xəstələnir. Çox utancaq orqan olduğu üçün xəstəliyini uzun müddət dilə də gətirmir, illər boyu insanı narahat etmir və son məqamda bizimlə vidalaşır”.
B.Vəziroğlu içki içən şairlərin dövünün keçdiyini deyib:
“Yazıçıların əksəriyyəti içki içən deyil. İçən yaradıcı şairlərin dövrü keçib. İndiki yaradıcı insanlar içkiyə o qədər də meyil etmirlər. Lakin aralarında xəstə olanlar var, yəni xəstəliyin mənbəyini içkidə axtarmaq düzgün deyil.
Şair və yazıçıları içki içən klassik bir obraz kimi yaradıblar. İnsanların indiki düşüncəsi də ondan irəli gəlir. Guya yaradıcı insanlar, xüsusən də şairlər içkiyə meyilli olur.
Kim qaraciyər xəstəliyinə tutulursa, deyirlər ki: “Möhkəm vuran olub”. Halbuki belə deyil. İnsandan insana fərq var. Məsələn elə şairlər, yazıçılar var ki, bu günə qədər içki içməyiblər gözəl əsərləri, şeirləri var. Elə yaradıcı insanlar da var ki, 1 şüşə araq içməsə, heç nə yaza bilmir.
Yəni xəstəlik də bəxt kimidir, gəlir çıxır insanın qarşısına. Kimin qisməti nədirsə, onu da yaşayır. Bu barədə birmənalı danışmaq hökm vermək də olmur”.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi