Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
21 May 14:47Medeniyyet
"Gənc vaynerlər xırda və zəhərsiz göbələklərdir" - Afaq Bəşirqızı-VİDEO
Mədəniyyət və İncəsənət Universitetindəki dərs sistemi dəyişdirilməlidir
"Sosial şəbəkələrdə vayn çəkənlər istedadlı uşaqlardır. Mən özüm də bəzən onların hazırladığı vaynlara baxıram və gülürəm. Həmin şəxsləri tanımıram, amma çox gözəl qısametrajlı filmlər ortaya qoyurlar. Həmin gənc vaynerlər yaxşı mənada, xırda və zəhərsiz göbələklərdir".
Bu fikirləri Xalq artisti Afaq Bəşirqızı deyib.
O, gənc vaynerlərə teatrlarda çalışmağı təklif edib: "Onlar öz üzərlərində çalışmalı və təkmilləşməlidirlər. Sadəcə olaraq, onları bir az yontalamaq və səhnədə oynamağa öyrətmək lazımdır. Çox istəyirəm ki, vaynlar çəkən gənclər teatrlara müraciət etsinlər. Çünki ömürlük şöhrətə və dolanışığa sahib olmaq üçün çətinliklərə tab gətirməyi bacarmalısan. Gənc aktyorlara kömək etmək, onlara doğru yolu göstərmək və əllərindən tutmaq lazımdır".
Xalq artistinin sözlərinə görə, son illərdə Azərbaycanda sənətkarların bir qisminin vəfat etməsi kino sahəsində durğunluğun yaranmasına gətirib çıxarıb: "Bu gün istedada çox böyük ehtiyac var. Ümumiyyətlə, istedadlı uşaqlara test üsulu çox mane olur. Təsəvvür edin ki, qabiliyyət imtahanından keçən abturiyent müsabiqənin test mərhələsindən kəsilir. Təəssüflər olsun ki, kəsildikdən sonra istedadlı uşaqlar artıq növbəti il imtahan vermirlər. Aktyor və aktrisa olmaq üçün ali təhsilə ehtiyac yoxdur. Bəşir Səfəroğlunun, Nəsibə Zeynalovanın, Siyavuş Aslanın, Lütfəli Abdullayevin, Hacıbaba Bağırovun və digərlərinin ali təhsilləri olmayıb. Onlarda fitri istedad var idi. Amma təbii ki, aktyor və aktrisanın dünyagörüşündə müəyyən bilikləri olmalıdır".
A.Bəşirqızı hesab edir ki, Mədəniyyət və İncəsənət Universitetindəki dərs sistemi dəyişdirilməlidir. O, bununla bağlı yeni konsepsiyalar hazırlanmasını və eyni zamanda, Mədəniyyət xadimləri ittifaqının yaradılmasını təklif edib. report.az

Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər
ELYAZ YAZAN: AZƏRBAYCANIMIZIN QEYRƏTLİ QADINI! DOĞUM GÜNÜN MÜBARƏK
BİLƏSUVAR RPŞ-SABİQ PROKURORU NƏ ÜÇÜN MÜDAFİƏ EDİR? CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB ETMİR?!!!
ABŞERON BİNƏ PEŞƏ LİSEYİNDƏ VARDIR BİR ALI, İŞÇİNİ HƏDƏLƏYİR, MÖHKƏMDİR DALI
ŞƏKİDƏ YOL QƏZASI, BİRİ YERİN ALTINDA, BİRİ DƏ YERİN ÜSTÜNDƏ HƏBS EDİLDİ