Sorğu
Оцените работу движка

14 Okt 13:03Medeniyyet

“Mikayıl Müşfiqi insanlara mən sevdirmişəm” - Əminə Yusifqızı

“Mikayıl Müşfiqi insanlara mən sevdirmişəm” - Əminə Yusifqızı

“Mikayıl Müşfiqi insanlara mən sevdirmişəm. Mən demək pisdir, amma bunu açıq deyirəm”.

Respublikaxeber.az KONKRET.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti, bədii qiraət ustası Əminə Yusifqızı “Həmin Zaur” verilişində deyib.

85 yaşlı sənətkar şairin “Yenə o bağ olaydı” şeirinə klip çəkdirdiyini əlavə edib.

Yusifqızı, həmçinin Azərbaycan SSR Xalq şairi Bəxtiyar Vahabzadənin “Bir salama dəymədi” şeirini oxuduqdan sonra onun hər kəsin dilinə düşdüyünü bildirib:

“Heç kim bilmirdi ki, Bəxtiyar “Bir salama dəymədi” şeirini yazıb. O vaxt Dillər İnstitutunda ilk dəfə Bəxtiyarın gecəsi keçirilirdi. Mən orada 5-6 şeir oxudum. Məndən sonra da Həsən Əbluc çıxmalı idi. Oxudum qurtardım. Sonra Həsən Əbluca söz verdilər. Həsən də dedi ki, Əminədən sonra nə oxuyum ki, hamını ağlatdı. Ondan sonra Bəxtiyar təzə kitabı çıxanda həmişə mənə göndərirdi”.
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin: