Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
09 Fev 14:16Medeniyyet
Azərbaycanda məmurlar müğənnilərə niyə mənzil hədiyyə edirlər?
Azərbaycanda məmurların müğənnilərə, xüsusilə də sənətdə yeni addımlayan gənc xanımlara mənzil, maşın hədiyyə etməsi adi hala çevrilib. Demək olar ki, bu barədə yerli mediadan mütəmadi olaraq məlumatlar alırıq.
Respublikaxeber.az KONRKET.az-a istinadən xəbər verir ki, Bu gün sosial şəbəkələrdə daha bir xəbər yayıldı. Bildirilir ki, “Kristal Abşeron” MTK-nın sahibi, “Azəraqrartikinti” ASC-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Ağalar Vəliyev “Pişik Günel” kimi tanınan müğənni Günel Ələkbərovaya mənzil hədiyyə edib.
Ağalar Vəliyev: Azərbaycanın gücü qarşısında işğalçı Ermənistan acizdir - "İki sahil"
Müğənniyə hədiyyə olunan mənzilin “Kristal Abşeron” MTK-nın Xırdalan layihəsindəki binalardan birində yerləşdiyi bildirilir. Hətta qeyd olunur ki, G.Ələkbərova həmin mənzildən yaşayış yeri kimi yox, ticarət obyekti kimi istifadə edəcək.
Ölkədə evsizlik ucbatından ailə qura bilməyən on minlərlə gənc var. Hazırda xeyli sayda ailələr məhz mənzil-məişət probleminə görə dağılmaqdadır. Ancaq müğənnilər bahalı maşınlarda gəzir, təm-təraqlı evlərdə yaşayırlar. Bütün bunları da onlara qazandıran məhz məmurlardır.
Sual olunur: A.Vəliyev deputat seçildiyi dairədə yaşayan bir şəhid ailəsinə mənzil hədiyyə edibmi? Təbii ki yox!
Bəs məmurların müğənni xanımlara olan belə “qayğıkeş” münasibətinin arxasında hansı amillər dayanır?
Azərbaycan Tibbi Universitetinin dosenti Rəşid Mahmudov bu məsələyə sərt münasibət bildirib:
“Belə məmurlar büdcəni dağıdıb yox ediblər. Onlar müğənniyə nəinki maşın, ev, hətta lazım osla, torpaqlarımızı da satıb verərlər. Bunlar banditdirlər”.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi