Sorğu
Оцените работу движка

28 Yan 13:47Medeniyyet

Bu gündən Azərbaycan televiziyalarında YENİLİK

Bu gündən Azərbaycan televiziyalarında YENİLİK

"Azerspace-1" peykindən yayımlanan Azərbaycan televiziya kanalları bu gündən HD (High Definition – yüksək dəqiqlikli) formatda yayıma keçəcək.

Respublikaxeber.az xəbər verir ki, bu barədə Manset.az-a Milli Televiziya və Radio Şurasından məlumat verilib.

Bu, "Azərkosmos", Milli Televiziya və Radio Şurası, "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyi və Dövlət Radiotezliklər İdarəsinin birgə razılığına əsasən yerli televiziya kanallarının yayımında təsvir keyfiyyətinin daha üstün səviyyəyə gətirilməsi məqsədilə həyata keçirilir.

Yeni formata keçidlə əlaqədar olaraq yanvarın 28-dək yerli telekanallar öz infrastruktur və yayım tezliklərini HD keyfiyyətində yayımı mümkün edən vəziyyətə gətirəcək. Yayım texnologiyası "MPEG-2" sıxlaşdırma metodundan "MPEG-4" sıxlaşdırma metoduna keçiriləcək. Qeyd edək ki, HD formatlı təsvirdə SD formatla müqayisədə, kontentdən asılı olaraq, piksel (təsviri formalaşdıran element) sayı bir neçə dəfə çox olur. Bu isə təsvirin keyfiyyətinin bir o qədər yüksək olmasını təmin edir, nəticə etibarilə tamaşaçıya daha dəqiq və aydın görüntü izləmək imkanı verir.

Yerli televiziya kanalları HD formatda "Azerspace-1" peyki üzərindən 11175/H/30000 tezliyi ilə yayımlanacaq. Kanalları HD formata keçirmək üçün təlimatdan istifadə etmək tövsiyə olunur.
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi