Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
11 Yan 12:13Medeniyyet
Bakı metrosunun yeni tikilən iki stansiyasının son vəziyyəti AÇIQLANDI - FOTO
“Bakı Metropliteni” QSC paytaxtın Xocasən qəsəbəsində və Cəlil Məmmədquluzadə küçəsində inşa olunan yeni stansiyalarındakı son vəziyyəti açıqlayıb.
Respublikaxeber.az xəbər verir ki, Qurumdan verilən məlumata görə, metronun 2-ci yerüstü stansiyası olacaq “Xocasən” deposunun inşasında əhəmiyyətli mərhələ geridə qalıb.
Müasir tələblərə uyğun olaraq, burada da sərnişin platformasına qalxmaq üçün iki eskalator quraşdırılıb. Hazırda vestibül, keçid tuneli və gözləmə zalında döşəmə və divar üzləməsi işləri tamamlanıb. Yeddi vaqonluq qatarları qəbul edəcək 144 metr uzunluğunda platformanın tikinti-quraşdırma işləri tamamlanıb, üzləmə işləri aparılır. Bura qədər çəkiləcək dəmir yolunun da yalnız stansiya qarşısındakı hissəsi qalıb. Xidməti otaqlarda da son tamamlama işləri, kabelləşmə davam edir.
İnşaat işləri Bənövşəyi xəttin Cəlil Məmmədquluzadə küçəsində yerləşəcək, şərti adı “B4” olan stansiyada da fəal fazasına 2021-ci ilin yay aylarında qədəm qoyub. Heydər Əliyev adına İdman-Konsert Kompleksinin arxasında və 1 saylı Şəhər Klinik Xəstəxanasının yaxınlığında yerləşən stansiya kompleksinin uzunluğu 170 metrdir. Ərazinin relyefinə görə 29-32 metr dərinlikdə olacaq stansiya dörd səviyyədən ibarət olacaq. 2021-ci il ərzində bu səviyyələrdən birincisində - kassa zalı səviyyəsi tikilib. Stansiya ekoloji cəhətdən təmiz, eyni texniki və iqtisadi cəhətdən səmərəli “Qruntda divar” üsulu ilə inşa olunduğundan işlər qənaətli yuxarıdan aşağı olmaqla aparılır. İkinci səviyyə texniki, üçüncü platformaya keçid xarakterli mezonin qatı, sonuncu isə 144 metr uzunluğunda platforma olacaq.
“Memar Əcəmi” stansiyasından başlayaraq, Bənövşəyi xəttin stansiyaları “Qruntda divar” üsulu ilə tikilir. Bu üsulun tələblərinə uyğun olaraq, 1010 və 1021 metr uzunluqlarında olan iki tunel də inşa olunub. Bu isə o deməkdir ki, sonuncu, platforma səviyyəsində yeddi vaqonlu qatarların dayanması üçün nəzərdə tutulmuş stansiya yolu da qazılıb.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi