Yeni XəbərLər
“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.”
31.12
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
Arxiv
Sorğu
Оцените работу движка
10 Dek 10:15Medeniyyet
30 ildə "Əkinçi" qəzetinə 30 qəpik də ayrılmayıb - GİLEY
Tarix təkrar olunur, deyənlər yanılmayıb. Məsələn, milli mətbuatımızın bünövrəsi “Əkinçi” qəzeti 150 il əvvəl hansı sıxıntılarla, hansı çətinliklərlə nəşr olunurdusa, indi də belədir. Təkcə milli mətbuatımızın deyil, Azərbaycan mədəni mühitinin formalaşmasında, milli düşüncənin formalaşmasında cığır açmış, bizim mədəni, sivil xalq kimi tanınmağımızda əvəzsiz xidmətləri olmuş Həsən bəy Zərdabiyə münasibət də 19-cu əsrdəkindən az fərqlənir. Zərdabinin ev-muzeyinə ayrılan vəsait mənimsənilməsi, bunu söyləməyimizə əsas verir. Bu barədə “Şərq”ə hazırda Zərdabda nəşrini minbir əziyyətlə davam etdirən “Əkinçi” qəzetinin baş redaktoru Hüsaməddin Əhmədov dedi.
Respublikaxeber.az xəbər verir ki, Baş redaktor “Şərq”ə açıqlamasında qeyd etdi ki, Azərbaycan müstəqilliyini bərpa etdiyi bu 30 ildə “Əkinçi” qəzetinə 30 qəpik vəsait də ayrılmayıb. Redaksiyaya bir dənə də olsun texniki avadanlıq verilməyib. Qəzet rayon icra hakimiyyətinin hesabına – abunə hesabına ayaqda dayanır. Hələ bu harasıdı?.. Zərdabinin ev-muzeyi də bərbad gündədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev illər öncə Zərdabinin ev-muzeyinin əsaslı təmiri üçün sərəncam imzalayıb, sərəncama əsasən təmir və eksponatların zənginləşdirilməsi üçün 300 min manat vəsait ayrılıb. Amma bu vəsaitin heç 30 mini də ev-muzeyinin təmirinə xərclənməyib:
- Təmir işləri aparılanda getdim muzeyə, əvvəlcə mənə içəri keçməyə icazə vermirdilər, dedim, mən “Əkinçi” qəzetinin baş redaktoruyam, aparılan işlərlə maraqlanmaq haqqımdır. İçəri keçəndə gördüm ki, təmiri başdansovdu aparırlar. Təsəvvür edin ki, arakəsməni alçıpanla düzəldirdilər. Dedim, a kişi, alçıpan nədi? Bura əsaslı bir muzey olmalıdır, bura hər yandan qonaqlar, ziyarətçilər gələcək. Fəhlə dedi ki, onlara belə tapşırılıb. Muzeydə cəmi 2 otaq var, bir dənə də dəhliz. Guya ki, şəkilləri aparmışdılar böyütdürüb gətirsinlər. Şəkillər geri gətiriləndə gördüm ki, sadə bir formatda böyüdülüb, sadə üsulla da rənglənib. Muzeyin qızdırıcı sistemi yoxdur. 2 kondisioner alıb veriblər ki, otaqları isidin. Yəni ayrılan o boyda vəsait hara xərcləndi, bilinmir.
H.Əhmədov bildirdi ki, “Əkinçi” qəzetinin maliyyə problemləri var:
- Qəzet Ağdaş Regional Mədəniyyət Mərkəzinin tabeliyinə veriləndən sonra vəziyyətimiz lap pisləşib. Mərkəzdəkilər qəzet nədir, bilmir.
Qeyd edək ki, məlumatları dəqiqləşdirmək üçün Zərdabi ev-muzeyinin rəhbərliyi ilə də əlaqə saxladıq. Muzeyin direktoru Vəfa xanım heç bir problem olmadığını dedi.
Yorum ekle
Xəbərlər
“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.” 16:46"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23
Istifadəçi Girişi
Populyar Xəbərlər
“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.”
MÜSTƏNTİQDƏN QEYRİ ADİ BİR TÖVSİYƏ (TƏKLİF) "O MƏNİM QARDAŞIM DEYİL! 5 İL BUNDAN ÖNCƏ SİLMİŞƏM! GEDİN, ASIN! KƏSİN! DOĞRAYIN! ÖLDÜRÜN!
12 ÖLKƏ ÜZRƏ KEÇİRİLƏN BEYNƏLXALQ YARIŞMADA, 1-Cİ YERİN QALİBİ OLAN ZÜMRÜD BAYRAM QIZI, BU GÜN YENƏ İKİ QIZIL MEDALLA ŞƏKİYƏ QAYITDI!
ELYAZ YAZAN, DOSTUNA ANASININ VƏFATI İLƏ BAŞ SAĞLIĞI VERİB
TƏCİLİ! UCARDA YOL QƏZASI BAŞ VERDİ, XƏSARƏT ALANLAR VAR
Dəhşət!!!! KQMBİ səhiyyə nazirliyində əməliyyat keçirdi.
Beyləqanda narkotik vasitənin və spirtli içkinin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib*
Beyləqandada narkotik vasitənin və spirtli içkinin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib