Yeni XəbərLər
“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.”
31.12
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
Arxiv
Sorğu
Оцените работу движка
23 Avq 17:59Medeniyyet
“Nəşriyyatı sökə bilmərik, ayda 800 manat veririk” - Aqil Abbas
Şəraitsiz vəziyyəti vaxtaşırı gündəmə gətirilən Azərbaycan Nəşriyyatının binası haqqında yenidən müzakirələr başlayıb. Mətbuatda Azərbaycan Nəşriyyatının acınacaqlı durumu, xüsusi tarixi olan binanın ürəkbulandıran mənzərəsi kəskin tənqid olunur. Hətta Azərbaycan Dövlət televiziyasında (AzTV) yayımlanan materialda nəşriyyatın rəhbərliyinin ünvanına sərt ittihamlar səsləndirilib, oranın “reket” jurnalistlərin məskəni olduğu diqqətə çatdırılıb.
Respublikaxeber.az KONKRET.az -a istinadən xəbər verir ki, binanın durumu barədə modern.az-a danışan deputat Aqil Abbas rəhbəri olduğu “Ədalət” qəzetinin Azərbaycan Nəşriyyatında fəaliyyət göstərdiyini xatırladıb.
O, sözügedən binanın acınacaqlı vəziyyətdə olmasına görə, Nəşriyyatın rəhbərliyini tənqid edib:
“Nəşriyyatı təmir etməlidirlər. Həmin bina mərhum Nazim İbrahimovun rəhbərliyi dönəmində təmir olunub. Qədim binadır, orada qəzetlərin tarixi var. Əlimizə keçəni sökə bilmərik. Nəşriyyatın yüksək səviyyədə təmirinə ehtiyac var. Uzun illərdir diqqət etmirlər. Nəşriyyatı təmir etməli olan şəxslər laqeyddirlər, istəyirlər ki, bina qiymətdən düşsün və özəlləşdirsinlər. Çünki Nəşriyyatın bir tərəfini özəlləşdiriblər, yavaş-yavaş digər tərəfinə keçirlər. Nəşriyyat o qədər təmirsizdir ki, bir çox imkanlı baş redaktorlar kənarda özlərinə səliqəli ofis tutublar. Öz əlləri, öz başları, işlərini yerinə yetirirlər.
“Ədalət” qəzeti təsis olunan ilk gündən Azərbaycan Nəşriyyatında yerləşir. Biz ona görə oradayıq ki, iş asandır. Mətbəə əlimizin altındadır. Ayda 700-800 manat kirayə haqqı ödəyirik. Yəqin, kənarda yerləşən digər redaksiyaların da xərci təxmini bu qədərdir. Amma daha səliqəli, daha təmirli yerlərdə otururlar. Nəşriyyat təmir edilsə, otaqlar, dəhlizlər səliqəli olsa, digər redaksiyaların burada otaq kirayələməyə marağı artar”.
Azərbaycan Nəşriyyatının Medianın İnkişafı Agentliyinin (MEDİA) balansına veriləcəyi iddialarına gəlincə, Aqil Abbas bunu mümkün hesab etmir:
“Bu, dövlət nəşriyyatıdır. Dövlətin bir çox nəşrləri, təkcə qəzetlər deyil, həmçinin kitablar, jurnallar və s. orada nəşr edilir. Nəşriyyatda yüksək keyfiyyətli, rəngli çap maşınları var. Düşünmürəm ki, dövlətin binasını MEDİA-nın balansına vermək olar. Redaksiyalar bir yerə yığışsa belə buranı təmir edə bilməzlər, mən öz redaksiyamı təmir etdirmişəm. “Ədalət” qəzetinə verilən 6-7 otaq tam təmirlidir. Ayrıca qapı da qoymuşuq, bir növ “muxtar respublika” kimi işimizi görürük”.
Qeyd edək ki, Azərbaycan Nəşriyyatının direktoru sabiq deputat Ağabəy Əsgərovdur. O, son günlər səsləndirilən tənqidlərə münasibət bildirməkdən yayınır, mümkün qədər susmağa üstünlük verir.
Yorum ekle
Xəbərlər
“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.” 16:46"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23
Istifadəçi Girişi
Populyar Xəbərlər
“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.”
MÜSTƏNTİQDƏN QEYRİ ADİ BİR TÖVSİYƏ (TƏKLİF) "O MƏNİM QARDAŞIM DEYİL! 5 İL BUNDAN ÖNCƏ SİLMİŞƏM! GEDİN, ASIN! KƏSİN! DOĞRAYIN! ÖLDÜRÜN!
12 ÖLKƏ ÜZRƏ KEÇİRİLƏN BEYNƏLXALQ YARIŞMADA, 1-Cİ YERİN QALİBİ OLAN ZÜMRÜD BAYRAM QIZI, BU GÜN YENƏ İKİ QIZIL MEDALLA ŞƏKİYƏ QAYITDI!
ELYAZ YAZAN, DOSTUNA ANASININ VƏFATI İLƏ BAŞ SAĞLIĞI VERİB
TƏCİLİ! UCARDA YOL QƏZASI BAŞ VERDİ, XƏSARƏT ALANLAR VAR
Dəhşət!!!! KQMBİ səhiyyə nazirliyində əməliyyat keçirdi.
Beyləqanda narkotik vasitənin və spirtli içkinin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib*
Beyləqandada narkotik vasitənin və spirtli içkinin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib