Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
23 Avq 16:26Medeniyyet
AZTV-NİN NATAMAM REPORTAJI VƏ “DANIŞAN” FOTOLARI. “Bura yalnız rəhbər işçilər daxil ola bilər!”
Respublikaxeber.az AzTimes.az-a istinadən xəbər verir ki, “AzTV Xəbər”in bir neçə gün əvvəl “Azərbaycan” nəşriyyatı barədə hazırladığı tənqidi reportaj sosial şəbəkələrdə və mediada müzakirəyə səbəb olub.Həmin reportaja bu linklərə daxil olaraq baxa bilərsiniz:
Videomateriala baxan kimi tələsik hazırlandığı hiss olunur.O qədər tələsiblər ki,girişi qoyub çıxışa doğru hərəkət ediblər.Binanın arxasında,ətrafında yerləşən bir-iki emalatxananı,obyekti çəkib sonluqda da adlarını söyləmədikləri “reket media qurumları”ndan danışaraq yazıb-yığdıqlarını araşdırma kimi təqdim edirlər.Tamaşaçı bu “araşdırma”ya tamaşa edəndə nəşriyyatın problemlərindən,
redaksiyaların,şöbələrin işindən,
əməkdaşların iş şəraitindən məlumat ala bilmir.Çünki reportajda binanın xaricinin görüntülənməsinə “stavka” edilib.Sanki hansısa “gecəqondu” tikilidən və ya qanunsuz müəssisədən bəhs olunur.Sexlərin hansı əsasla fəaliyyət göstərməsi və əldə olunan gəlirin necə yönləndirilməsi barədə də informasiya ala bilmirik.Mebel sexinin kandarında müsahibə verən fəhlə,danışmaqdan yayınan adam və çəkilişə əngəl törətmək istədiyi deyilən şəxsdən başqa heç kimi görmürük.Heç onların da kimliyi bəlli olmur.Çünki nə adları çəkilir,nə də subtitrdə yazılır.Reportajda bəhs edilən məkan barədə,ümumi ərazisi,ərazisinin bir hissəsində bir neçə binanın,həmçinin hazırda Beynəlxal Mətbuat Mərkəzinin yerləşdiyi binanın inşa edildiyinə dair də heç nə deyilmir. Halbuki ötən 2020-ci ilin sentyabr ayında sosial mediada belə bir informasiya yayıldı ki,həmin ərazi Prezidentin sabiq köməkçisi,Prezident Adminstrasiyasının keçmiş şöbə müdiri Əli Həsənov tərəfindən zəbt edilərək yuxarıda qeyd etdiyimiz işlər görülüb.Binanın daxilində şəraitin ürəkaçan olmadığı bildirilsə də müxbir bu şəraitdə işləyən həmkarlarından heç birini tapıb danışdırmır,fikirləri ilə tanış olmur. Hansısa dəhlizi və binanın girişini bir neçə saniyəlik ekrana gətirməklə kifayətlənir.Otaqlara daxil olub əyani şəkildə çəkiliş aparmaq,dəhlizləri,binada istismar qaydalarına nə dərəcədə əməl olunduğunu,çatışmamazlıqları əyani şəkildə göstərmək olardı.Əgər ona mane olublarsa,o halda reportajda buna dair qeydlər olmalı idi.Bundan başqa,
“Azərbaycan” nəşriyyatının rəhbərliyinin məsələyə münasibəti öyrənilmir.Bu da adını araşdırma qoyduqları reportajın nə dərəcədə obyektiv olduğunu şübhə altına alır.Bir qayda olaraq bu kimi prinsipial videoreportajların hazırlanmasında müxbirlər,çəkiliş qrupu rəhbərlərindən müəyyən təlimatlar alırlar. Görünür ki “Xəbərlər”in rəhbərinin və AzTV sədri Rövşən Məmmədovun işçilərinə verdikləri istiqamət bu cür olub.Bu cür yarımçıq yanaşma ilə ekran arxasındakı izləyici “Azərbaycan” nəşriyyatının hazırki durumu barədə çətin ki dolğun informasiya ala bilsin.Biz reportaja iradımızı bildirməklə qətiyyən tərəfkeşlik etmirik.Əksinə,
“Azərbaycan” nəşriyyatının baxımsız vəziyyətə düşməsi bizi də narahat edir.Sadəcə istəyimiz odur ki,jurnalist araşdırması layiqincə aparılsın.AzTV-dən söz düşmüşkən,bir az da oraya göz gəzdirək,Azərbaycan Teleradiosunun ərazisindəki bəzi obyektlərdən danışaq.Məsələn,Azərbaycan Radiosunun binasına bitişik bir yeməkxana var.Aprel ayının axırında bu yeməkxananın fəaliyyəti dayandırılır.Təsadüfdənmi,ya nədənsə,bu hadisə Hesablama Palatasının AzTV-də yoxlamaya başlaması ilə üst-üstə düşür.Təxminən iki aydan sonra həmin yeməkxananı işlədənlər AzTV-də “İldırım bağı” deyilən açıq məkandakı kafeni işlətməyə başlayırlar.Lakin iyulda məlum olmayan səbəbdən işi dayandırıb tam heyyətlə çıxıb gedirlər.Kafedən,yeməkxanadan söhbət açdıqsa,bir məsələni də qeyd edək.Rövşən Məmmədovun mahiyyətini bilmək üçün AzTV-nin hər hansı bir guşəsinə nəzər yetirmək bəs edər.”Kreativ” sədrin məğzini aşağıdakı iki şəkil vasitəsilə dərk edə bilərsiniz.
Birinci foto Rövşən Məmmədov Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədrinin səlahiyyətlərini icra edən zaman çəkilib.Deyilənə görə ilk günlər Rövşən Məmmədov özünü çox sadə aparırmış,özünəxidmət qaydası ilə xörəyini götürüb kollektivin arasında ümumi yeməkxanada nahar edərmiş.Bir neçə həftədən sonra məlum olur ki,bu yalnız görüntü yaratmaq xatirinə edilən ucuz şoudan başqa bir şey deyilmiş.Beləliklə,günlərin bir günü AzTV əməkdaşları yeni korpusdakı kiçik kafenin qapısının üzərində bu sözləri oxuyurlar: “YALNIZ RƏHBƏR İŞÇİLƏR DAXİL OLA BİLƏR!”. Əslində əvvəllər də bu kiçik zalda adətən rəhbərlik nahar,şam edib.Amma istənilən əməkdaşın ora daxil olmasına qadağa qoyulmayıb,qapıda,divarda bu cür gülünc,rüsvayçı bildiriş yazılmayıb.Bu cür “səviyyə”ni Rövşən Məmmədov gəlib nümayiş etdirdi…Nəhayət bir neçə ay keçdikdən sonra yəqin nəsə baş verir,yaxud kimsə kreativ-dinamik rəhbər Rövşən Raqifoğlunun gözünü açır,başa salır ki,belə olmaz,bir az yavaş,çox zilə çıxma!..Və lövhəni qopardıb yerinə belə bir yazı vurdurur: “BURA QONAQLAR ÜÇÜNDÜR”.Rövşən Məmmədov və yaxın ətrafı çox güman ki bunu da feyk (saxta) foto adlandıra və ya cırıb tullaya bilər.Hər bir əşyayi-dəlilin izi itirilə bilər,amma unutmasınlar ki,hər bir iz silinsə də foto-video qeydlərdə qalır.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi