Sorğu
Оцените работу движка

03 İyl 12:41Kriminal

Azərbaycanda 4 nəfərin ölümündə təqsirli bilinən hakim qarşısında

Göyçayda 4 nəfərin ölümü ilə nəticələn ağır-yol nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Aqşin Abdullayevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Bilal Məmmədovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası iyulun 8-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən il avqustun 24-də saat 23 radələrində Göyçay rayonunun Cəyirli kəndi ərazisində baş verib.

A.Abdullayevin idarə etdiyi "Mercedes" və Ənvər Əhmədovun idarə etdiyi "VAZ-2106" markalı avtomobillər toqquşub.

Nəticədə Ə.Əhmədov və sərnişinlərindən Ramil Salmanov, onun arvadı Gülnar, oğlu Azər hadisə yerində ölmüş, digər 5 sərnişini, habelə A.Abdullayev və 2 sərnişini xəstəxanaya yerləşdiriliblər.
teleqraf
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin: