Yeni XəbərLər
“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.”
31.12
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
Arxiv
Sorğu
Оцените работу движка
09 Mar 21:07Kriminal
Bakıda oğurluq edən şəxs kameraya düşdü: cinayətkar 2 ildir tapılmır
2018-ci ildə Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, bina 46A, mənzil 35 ünvanından ümumi dəyəri 80 min manata yaxın olan qızıl-zinət əşyaları və pul oğurlanıb. Soyğun hadisəsi ilə bağlı əldə videogörüntülər olsa da, polis 2 ildir cinayətkarları tapa bilmir.
Respublikaxəbər.az xəbər verir ki, bu barədə HİT.Az-a zərərçəkmiş Mireyyub Abbasov məlumat verib. O, evindən kimin oğurluq etdiyini bildiyini, bu barədə hüquq mühafizə orqanlarına məlumat verdiyini, lakin polis və prokurorluq əməkdaşlarının cinayətin üstünü açmaqda istəkli olmadığını iddia edir.
“Nizami rayon Prokurorluğu və Polis idarəsi bu hadisənin gedişatında ittihamçı deyil, sanki cinayətkarların vəkili rolunda çıxış edir. Nizami rayon prokuroru Pərviz İbayev təqdim edilən bütün dəlilləri və sübutları yetərsiz sayır. Mən və vəkilim Kamandar Nəsibov cinayət işini araşdıran Nizami rayon Polis idarəsinin İstintaq şöbəsinin müstəntiqi Ramil Əliyevi bir ildən çoxdur tapa bilmirik. Daha doğrusu Ramil Əliyev bizimlə görüşmür, telefonlarımıza və sorğularımıza cavab vermir. Nizami rayon prokuroru da həmin müstəntiqi tapa bilmədiyini deyir”.
Şikayətçi məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyi və Prokurorluğun bir çox yüksək vəzifəli şəxslərinin qəbulunda olduğunu, lakin nəticənin yenə eyni olaraq qaldığını deyib:
“Baş prokurorluğun və Daxili İşlər Nazirliyinin rəhbərliyinə dəfələrlə şikayət məktubları göndərmişəm. Amma hər dəfə cinayət işinin istintaqının davam etdiyi barədə şablon cavab məktubu alıram. Baş Prokurorluğun 2020-ci ilin iyun ayında göndərdiyi məktubdan isə məlum oldu ki, cinayət işi üzrə icraat Nizami Rayon Polis idarəsi tərəfindən 14 dekabr 2019-cu il tarixli qərarla məndən gizli və məlum olmayan səbəbdən dayandırılıb”.
Zərərçəkmiş evini soyan şəxsin qonşusu olduğunu və atasının polis əməkdaşı olması səbəbindən işin ört-basdır edildiyini iddia edir.
“Atası məndən vaxt istəmiş, oğurlanmış əşyaları və pulu yaxın zamanda geri qaytaracağını demişdi. Hətta bununla bağlı səs yazısı da var. Lakin sonradan oğurlanan qızıl-zinət əşyalarını və pulları geri qaytarmaqdan imtina etdi”.
Mireyyub Abbasov oğurluq faktının qeydə alınmasından yalnız 4 ay sonra cinayət işinin açılmasına nail olduğunu bildirir. Buna baxmayaraq Nizami Rayon Polis İdarəsinin məsələni araşdırmadığını deyir.
Qeyd edək ki, zərərçəkmiş evindən oğurluq edən şəxslərin adlarını açıqlasa da, sübuta yetirilmiş faktlar olmadığından adları verə bilmirik.
Respublikaxəbər.az 0518310101
Yorum ekle
Xəbərlər
“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.” 16:46"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23
Istifadəçi Girişi
Populyar Xəbərlər
“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.”
MÜSTƏNTİQDƏN QEYRİ ADİ BİR TÖVSİYƏ (TƏKLİF) "O MƏNİM QARDAŞIM DEYİL! 5 İL BUNDAN ÖNCƏ SİLMİŞƏM! GEDİN, ASIN! KƏSİN! DOĞRAYIN! ÖLDÜRÜN!
12 ÖLKƏ ÜZRƏ KEÇİRİLƏN BEYNƏLXALQ YARIŞMADA, 1-Cİ YERİN QALİBİ OLAN ZÜMRÜD BAYRAM QIZI, BU GÜN YENƏ İKİ QIZIL MEDALLA ŞƏKİYƏ QAYITDI!
TƏCİLİ! UCARDA YOL QƏZASI BAŞ VERDİ, XƏSARƏT ALANLAR VAR
ELYAZ YAZAN, DOSTUNA ANASININ VƏFATI İLƏ BAŞ SAĞLIĞI VERİB
Dəhşət!!!! KQMBİ səhiyyə nazirliyində əməliyyat keçirdi.
Beyləqanda narkotik vasitənin və spirtli içkinin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib*
Beyləqandada narkotik vasitənin və spirtli içkinin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib