Sorğu
Оцените работу движка

03 İyn 13:45Kriminal

Həbsdə olan qardaşına corabın içərisində "Tiryək" keçirmək istədi

Bakı İstintaq təcridxanasına narkotik maddələrin keçirilməsi cəhdlərinin qarşısı alınıb.

Penitensiar xidmətin ictimai əlaqələr şöbəsindən Sonxeber.az-dan istinadən Respublikaxeber.az-a verilən xəbərə görə, əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən həbs edilmiş şəxs Mustafayev Fərid Fərhad oğluna qardaşı Ağsu şəhər sakini Mustafayev Fuad Fərhad oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman soğanın içərisində gizlədilmiş 1 ədəd şəffaf selofan bükülüdə 0,183 qram limon duzu və 2 ədəd siqaretin gümüşü kağızına bükülmüş 0,595 qram narkotik maddə "Heroin" aşkar edilib.

Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələrinə əsasən həbs edilmiş şəxs Derakhshansaghezchi Hamdollah Mashiatollahın qardaşı İran İslam Respublikasının Astara şəhər sakini Derakhshan Mearaj Mashiatollah tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman iki cüt qara rəngli coraba hopdurulmuş 1,899 qram narkotik maddə "Tiryək" aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi