Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
25 Okt 23:58Kriminal
POLİSDƏ İŞLƏYİRƏM ADI İLƏ,DƏLƏDUZLUQ EDƏN ŞƏXS BARƏSİNDƏ MƏLUMAT
Respublikaxəbər.az-a şikayət edən Nəbiyevlər ailəsi özlərinin Əsədov Elnur Fərhad oğlu tərəfindən aldadıldığını bildiriblər. Şikayətçilər, şikayətlərini redaksiyamızın qaynarxətt nömrəsinə zəng edərək bildiriblər.
Belə ki, daxil olan zəng əsasında şikayətçilər ilə əlaqə saxlayaraq daha ətraflı məlumat vermələrini xahiş etdik, Şikayətçilər mahiyyəti üzrə bildirdilər ki, Təxminən keçən il ərzində Nəbiyevlər ailəsinin üzvü olan Nəbiyev Əmrah Daşqın oğlu, Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları tərəfindən tutulub, sonra özünü Sabunçu RPİ-nin 15-ci PB-nin əməliyyat müvəkkili kimi təqdim edən Əsədov Elnur Fərhad oğlu, 200 manat aldıqdan sonra səhər tezdən Əmrahı sərbəst buraxıblar. İndi isə sonuncu dəfə 2021-ci ilin iyul ayında yenə Nəbiyevlər ailəsinin başçısı Nəbiyev Daşqın Ələddin oğlunu və Nəbiyev Əmrah Daşqın oğlunu Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşları PB-nə aparıblar, həmin vaxt yenə Daşqın və Əmrahı aparmağa gələrkən həmin əməkdaşlarla birlikdə həmin Əsədov Elnur Fərhad oğlu da gəlib. Bu dəfə Əsədov Elnur Fərhad oğlu, Nəbiyev Daşqının qızı Nəbiyeva Yeganə Daşqın qızına bir könüldən min könülə vurulur və ondan mobil əlaqə nömrəsini istəyir ki, guya ki, araşdırma ilə bağlı məlumat versin. Ata və oğulu həbs etdikdən sonra, özünü əməliyyat müvəkkili kimi təqdim edən Əsədov Elnur Fərhad oğlu, axşam Daşqının evinə gəlib, qıza eşq təklifi edir, səhəri gün də qardaşı Əmrahı sərbəst buraxdıracağı vədini verir və elə də edir. Nəticə etibarı ilə Elnur Nəbiyevlər ailəsində özünə güvən və etibar qazanır, Yeganə də Elnurun səmimiliyinə inanıb, onunla ailə həyatı qurmaq üçün sevgi münasibətlərini qurmağa razılıq verir. Daha sonra şikayətçilərin dediyinə görə Elnur özünün polis olduğunu və yuxarı vəzifələrdə qohumunun və tanışlarının olduğunu bildirərək Yeganəyə atası Daşqının cəzasının yüngülləşərək azadlığa çıxaracağını bildirib, 3200 manat məbləğində pul alıb. Müxtəlif vədlər verərək zaman-zaman məhkəməni uzadacağını deyib. Şikayətçilər onun hal və hərəkətlərindən xoşu gəlmədiyi üçün şübhələnməyə başlayıblar və hiss ediblər ki, Elnur onları aldadaraq dələduzluq yolu ilə pullarını ələ keçirib. Bundan sonra şikayətçilər, redaksiyamızın qaynarxətt nömrəsinə zəng edərək məlumat veriblər. Məlumat əsasında qarşı tərəf olan Elnur Əsədovla telefon əlaqəsi yaradaraq özünün dələduzluqda ittiham olunması barədə bildirib, ittihamla bağlı məlumat verib, mövqeyini öyrəndik. Elnur Əsədov cavabdehin bildirdiklərinin qismən doğru olduğunu dedi və sonra əlavə olaraq bildirdi ki, mən həmin ailənin kurəkəniyəm, hətta Daşqın Nəbiyevin qızı Yeganə Nəbiyeva ilə mən qeyri-rəsmi ailə həyatı qurmuşuq, Yeganə də məndən hamilədir. Bundan sonra təkrar şikayətçi ilə əlaqə saxladıq, Yeganə Nəbiyeva bildirdi ki, mən onun ailəsi deyiləm, nə də hamilə deyiləm. Sikayətcinin dediyinə görə, Bu gün, yəni 25 oktyabr 2021-ci il tarixdə Daşqının yoldaşı Çicino Nəbiyeva Elnur Əsədovdan pulu geri istəyib, Elnur Əsədov isə onlardan pul almadığını və heç bir halda sübut edə bilməyəcəyini deyib. Daha sonra Elnur Əsədov ondan şikayətçi olduqları təqdirdə, onları ailəlikcə Cinayət məsuliyyətinə cəlb etdirəcəyini deyib. Bütün bu məsələlərlə bağlı Sabunçu RPİ-nin və 15-ci PB-nin NH-nin əlaqə nömrəsinə zəng edib, Elnur Əsədovun 15-ci PB-də işləyib-işləməməsini soruşduq. Polisdən isə Əsədov Elnur Fərhad oğlu adından bir əməkdaşın olmadığını bildirdilər. Onu da qeyd edək ki, şikayətçilər, Elnur Əsədovun ara-sıra PPX-nin xidməti avtomobilini də idarə etdiyini və hətta Daşqın Nəbiyevin tutulması zamanı 15-ci PB-nin əməkdaşları ilə birlikdə gəldiyini də deyirlər. Hazırda araşdırmamız davam edir, Daha ətraflı araşdırma aparılması cinayətkarın tapılması üçün isə tərəfimizdən Baş Prokurorluğa və DİN-nin rəhbərliyinə rəsmi məlumat məktubu hazırlanır.
Qarşı tərəfi dinləməyə hazırıq!
Respublikaxəbər.az 0518310101
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi