Sorğu
Оцените работу движка

08 İyl 18:27Kriminal

Üç rayonda 3 nəfər bıçaqlanıb

Qonaq gedən şəxs bıçaqlanıb.
Respublikaxeber.az-ın məlumatına görə, hadisə Gədəbəy rayonunun Şəkərbəy kəndinə qeydə alınıb.
Bakıdan gələn 36 yaşlı Xəyal İsmayılov mübahisə zəminində bədəninin müxtəlif nahiyələrindən bıçaqlanaraq xəsarət alıb. O, Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb. Onun vəziyyəti orta-ağır qiymətləndirilir. Hadisəni törətməkdə şübhəli bilinən şəxs, zərərçəkənin qohumu 44 yaşlı Rəşad Cabbarov polis əməkdaşları tərəfindən saxlanılıb.
İsmayıllı rayonunda da bıçaqlanma hadisəsi olub. Rayon sakini 52 yaşlı Cəmşid Abdurzaqov kürək nahiyyəsinin kəsilmiş - deşilmiş yarası diaqnozu ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. O, tanımadığı şəxs tərəfindən bıçaqlandığını bildirib.
Dərhal hadisə yerinə polis əməkdaşları gəlib. Araşdırma zamanı məlum olub ki, Cəmşid Abdurzaqov əmisi qızının qeyri-rəsmi yaşadığı, Yevlax rayon sakini Yunis adlı şəxs tərəfindən qısqanclıq zəmnində aralarında baş verən münaqişə zamanı bıçaqlanıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov bildirib ki, hadisənin törədən şəxs qaçıb, onun saxlanılması istiqamətində polis əməkdaşları təfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Tərtərdə isə geyim mağazasında bıçaqlanma olub. 24 yaşlı gənc bir neçə bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib. Hadisə rayonun Mamırlı kəndində yerləşən mağazalardan birində baş verib. 22 yaşlı Bəhruz Mehdiyev münaqişə zəminində 24 yaşlı Bəxtiyar Ağayevi bıçaqlayıb.
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi