Sorğu
Оцените работу движка

13 Fev 08:16Kriminal

Bakı sakinini bıçaqla hədələyərək 2 min dollarını alıblar

RESPUBLİKAXƏBƏR.AZ xəbər verir ki, Bakıda quldurluqda şübhəli bilinən 2 nəfər saxlanılıb.

DİN-dən RESPUBLİKAXƏBƏR.AZ-a verilən məlumata görə, fevralın 11-də saat 20 radələrində Səbail rayonu ərazisində 3 nəfərin bıçaqla hədələnməsi, onların birindən içərisində 2.000 ABŞ dolları və sənədlər olan cüzdanının quldurluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.


Səbail RPİ 39-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Şahin Cavadov və Biləsuvar rayon sakini Asif Bağışov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

RESPUBLİKAXƏBƏR.AZ
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi