Sorğu
Оцените работу движка

14 İyl 14:28Kriminal

Bərdə sakinlərindən silah və narkotik götürülüb

Bərdə sakinlərindən silah və narkotik götürülüb

Bərdə rayon Polis Şöbəsi əməkdaşlarının son günlərdə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq odlu silahlar saxlayan və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 4 nəfər müəyyən olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Respubilkaxəbər.az-a verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə qanunsuz olaraq odlu silahlar və onların komplekt hissələrini saxlamaqda şübhəli bilinən rayon sakinləri, əvvəllər məhkum edilmişlər Məhərrəm Əmiraslanov və Rauf Bağırov saxlanılıblar. M.Əmiraslanovun yaşadığı evə baxış keçirilən zaman 1 ədəd “Kalaşnikov” markalı avtomat silahı, 2 ədəd patron darağı və 53 ədəd patron, R.Bağırovun avtomobilinin yük yerindən isə 1 ədəd “TT” markalı tapança, 1 ədəd patron darağı və 3 ədəd patron aşkar edilərək götürülüb.
Bundan başqa, Bərdə RPŞ-nin əməkdaşlarının keçirdiyi tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum edilmişlər İbrahim Həsənov və Arif Quliyev də saxlanılıblar. İ.Həsənovun üzərindən və idarə etdiyi avtomobildən 41 ədəd bükümdə qablaşdırılmış külli miqdarda heroin, 16 ədəd kibrit qutusunda qablaşdırılmış marixuana, 1 ədəd pnevmatik tapança və 1 ədəd bank kartı, A.Quliyevin üzərindən isə 45 qramdan artıq tiryək və 100 qramdan artıq marixuana aşkar edilərək götürülüb.
Qeyd edilən faktlarla bağlı Bərdə RPŞ-də araşdırmalara davam etdirilir.

Respubilkaxəbər.az
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi