Sorğu
Оцените работу движка

12 Mar 10:54Kriminal

Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: Vəzifəli şəxs arvadı ilə evində yanaraq öldü

Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: Vəzifəli şəxs arvadı ilə evində yanaraq öldü

Fövqəladə Hallar Nazirliyi (FHN) Salyan rayonunun Aşağı Kürkəndi kəndində baş verən yanğın barədə məlumat yayıb.

Respublikaxeber.az nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, Salyan rayonunun Aşağı Kürkəndi kəndində ümumi sahəsi 228 m² olan bir dam altında tikilən, 2 ailənin yaşadığı birmərtəbəli evlərdən, sahəsi 114 m² olan evin yanar konstruksiyaları və ona bitişik sahəsi 114 m² olan evin yanar konstruksiyaları 78 m² sahədə (ümumi 192 m²) yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1953-cü il təvəllüdlü Əliyev Əliyar Alı oğlunun və 1954-cü il təvəllüdlü Əliyeva Elmira Mirzə qızının yanmış meyitləri yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Əliyar Əliyev Salyan rayon Suvarma Sistemləri idarəsində baş mühasib işləyirdi.

Qeyd edək ki, 5-6 il bundan öncə ölən ər və arvadın evinə basqın olmuşdu. Naməlum şəxs və şəxslər tərəfindən döyülən ər və arvad xəstəxanaya yerləşdirilmişdi.
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi