Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
04 Fev 13:07Kriminal
Azərbaycanda 40 nəfərdən 60 kq narkotik aşkarlandı
Son 20 gündə Azərbaycanda 40 nəfərdən 60 kq narkotik aşkarlanıb.
Respublikaxeber.az xəbər verir ki, Bu barədə KONKRET.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən son 20 gün ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin satışını həyata keçirən 40 nəfər saxlanılıb, qanunsuz dövriyyədən 60 kiloqram narkotik maddə və psixotrop maddə, eləcə də 5 000 ədəd psixotrop tərkibli həb çıxarılıb.
Daxil olan əməliyyat məlumatı əsasında Abşeron rayonunda həyata keçirilən əməliyyat zamanı əvvəllər məhkum edilmiş Hüseyn Məmmədov saxlanılıb. Ondan 6 kiloqramdan artıq heroin və metamfetamin, 100 ədəd psixiotop tərkibli həb, 1 ədəd tapança, daraq, partonlar və beşbarmaq aşkar edilib. Xətai və Nəsimi rayonlarında həyata keçirilən əməliyyatlar zamanı isə Gündüz Qarayev və Elxan Məmmədli saxlanılıblar. Onlardan ümumilikdə 12 kiloqram heroin, metamfetamin, tiryək, o cümlədən 480 ədəd psixotrop tərkibli həb aşkar edilib. Adı çəkilən şəxslərin qaçaqmalçılıq yolu ilə əldə etdikləri külli miqdarda narkotiklərin həm ölkə ərazisində satışını təşkil etməsinin qarşısı alınıb.
Baş İdarə əməkdaşlarının paytaxtın digər rayonları, eləcə də, Sumqayıt şəhərində və Abşeron rayonunda həyata keçirdikləri əməliyyatlar zamanı isə 23 nəfər saxlanılıb. Bu şəxslərdən ümumilikdə 28 kiloqram heroin, metamfetamin, elektron tərəzilər, ekstazi və metadon həbləri, narkotik vasitələrin onlayn satışı zamanı istifadə olunan plastik kartlar aşkar olunub.
Baş İdarənin Cənub və Qərb Bölgələrində Regional Şöbələrinin əməkdaşlarının qeyd edilən dövr ərzində Gəncə, Lənkəran, Mingəçevir şəhərləri, Masallı, Astara və İmişli rayonlarında keçirdikləri əməliyyatlar zamanı isə narkotik vasitələrin satış ilə məşğul olan 14 nəfər saxlanılıb. Əməliyyatlar zamanı Masallı rayonunda saxlanılan Azər İsmayılov və Səbuhi Məmmədovun üzərlərindən və idarə etdikləri avtomobildən 8 kiloqramdan artıq heroin, metamfetamin və 154 ədəd psixoptrop tərkibli metadon həbi aşkar olunub. Digər 12 nəfərdən isə 6 kiloqramdan çox heroin və metamfetamin aşkar edilib. Saxıanılan şəxslərin hər biri ölkə ərazisində narkotik vasitələrin satışnı təşkil etməyə, gəncləri və yeniyetmələri narkokuryerliyə cəlb etməyə çalışıblar.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb Narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilindikləri üçün saxlanılan şəxslərin hər biri barəsində məhkəmələrin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər
ELYAZ YAZAN: AZƏRBAYCANIMIZIN QEYRƏTLİ QADINI! DOĞUM GÜNÜN MÜBARƏK
BİLƏSUVAR RPŞ-SABİQ PROKURORU NƏ ÜÇÜN MÜDAFİƏ EDİR? CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB ETMİR?!!!
ABŞERON BİNƏ PEŞƏ LİSEYİNDƏ VARDIR BİR ALI, İŞÇİNİ HƏDƏLƏYİR, MÖHKƏMDİR DALI
ŞƏKİDƏ YOL QƏZASI, BİRİ YERİN ALTINDA, BİRİ DƏ YERİN ÜSTÜNDƏ HƏBS EDİLDİ