Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
23 Apr 15:19Kriminal
Ərinə xəyanət edən qıza atası işgəncə verdi — Azərbaycanda DƏHŞƏTLİ CİNAYƏT
Samuxda qızını öldürməyə cəhddə təqsirli bilinərək həbs edilən Famil Ələkbər oğlu Məhərrəmov Ali Məhkəməyə şikayət edib.
ölke.az istinadən Respublikaxebere xəbər verir ki, Famil Məhərrəmovun şikayəti ilə bağlı məhkəmə baxış iclası may ayının 21-də hakim İmran Hacıqayıbovun sədrliyi ilə keçiriləcək.
Rayon sakini Famil Ələkbər oğlu Məhərrəmova qızının əxlaqsız əməllərlə məşğul olması barədə məlumat daxil olub. O, qızının yaşadığı Samux rayon Ziyadlı kəndinə gedərək bu məlumatları dəqiqləşdirməyə çalışıb. Famil Məhərrəmov iyulun 25-də səhər saatlarında qızını yaşadığı ər evindən Samux şəhərindəki evinə gətirib və ondan həyat yoldaşına xəyanət etməsinin doğru olub-olmamasını soruşub. Lalənin susaraq ağlamasını isə xəyanətinin təsdiqi əlaməti hesab edərək qızını öldürməyə cəhd göstərib. Bu məqsədlə onu sirkə turşusunu və zəhərli maddələr qrupuna aid olan DDT tərkibli pestisid maddəni içməklə özünü öldürməyə məcbur edib, lakin ölmədiyini görüb otaqda stolun üstündəki stəkanı sındıraraq qırıntısı ilə bilək nahiyəsini kəsməyə vadar edib. Ancaq yenə də qızının ölmədiyini görüb balta ilə baş nahiyəsinə bir dəfə zərbə endirib və onu döşəmənin üzərinə yıxaraq əlləri ilə boğmağa çalışıb. Lalənin huşunu itirib hərəkətsiz qaldıqdan sonra qızını öldürdüyünü zənn edərək həyat yoldaşı Təranə Nəsibovadan polisə məlumat verməsini istəyib. Ancaq F.Məhərrəmov polisə təslim olduqdan sonra qızının yaşadığı məlum olub və yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib. Həkimlərin səyi nəticəsində Lalənin həyatını xilas etmək mümkün olub.

Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi