Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
16 Dek 16:45Kriminal
Bəxtsiz gənc dəhşətli HADİSƏ TÖRƏTDİ: Bıçaqladığı şəxsə təcili yardım çağırdı, faydası olmadı
2021-ci ilin fevralın 8-də, gecə saatlarında baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.
Respublikaxeber.az istintaq materiallarına əsasən, hadisənin motivlərini təqdim edir.
Qətli törətmiş 1990-cı il təvəllüdlü Elvin Əhmədovun həyat yoluna nəzər yetirəndə görünür ki, onun taleyində uşaq vaxtlarından məşəqqətlər başlayıb, yəni bəxti gətirən olmayıb.
Anası və bacısı hələ o uşaq ikən ailəsini tərk edib, daha sonra atası vəfat edib.
Elvin bu günə qədər anası və bacısından xəbərsizdir, onun böyük qardaşı da itkin siyahısındadır. Elvinin digər qardaşı da həbs həyatı yaşayır.
Kədərli tale yaşayan Elvinin üzü nəhayət 2019-cu ildə gülməyə başlayıb, belə ki, o, sevdiyi xanımla evlənib və bu nikahdan bir övladı dünyaya gəlib.
Elvin Tovuz rayonu Ceyrançöl qış otlaq sahəsində, atasının əmisi nəvəsi Vüsal Qurbanovun fermasında çoban kimi işləyib ailəsini dolandırıb. Vüsal Qurbanov Elvinin atası öldükdən sonra həmişə onun əlindən tutub, ona dayaq olub.
Elvin evləndikdən sonra gündəlik qayğılarla yaşayıb və evinə bir tikə çörək qazanmaq üçün qış otlaq sahəsində əlləşib-vuruşub.
Heç kimlə işi yox, başını aşağı salıb işini görür və ferma sahibi də, digərləri də ondan çox razıdırlar.
Günlərin birində, 2021-ci ilin fevralın 7-də qayınatası ona zəng edir, deyir ki, Elvinin bacanağı Rahilin qaldığı yatağa qonaq gedəcək. Elvinə bildirir ki, Rahil onu da çağırıb.
“Kaş ki getməyəydi” deyirsən, amma adını nə qoyuruqsa qoyaq, görünür ki, olacaqlardan qaçmaq olmur.
Rahil özü də başqasının yatağında çoban işləyir. Həmin yataqda bacanağı Rahilin ailəsindən başqa digər ailələr də yaşayır.
Onlar gəlirlər, yeyib içirlər, sonradan qətlə yetirilən İlqar Məmmədov da onlarla birlikdə olur.
İçkinin təsirindən İlqar Məmmədov zarafatla ciddiyyətin sərhədini itirir, belə ki, o, Rahilin azyaşlı qızını da özləri ilə aparacağını deyir.
Elvin Əhmədov ifadəsində deyib: “Biz yeyib-içdikdən sonra çölə çıxdıq, hamı öz evinə getməyə hazırlaşırdı. İlqar Rahildən balaca qızını özləri ilə aparmaları üçün icazə istədi. Rahil isə başqa vaxt gəlib onlarla qalmasını bildirdi. Mənim baldızım Aybəniz də Rahilin razı olmadığını dedi. İlqar isə “Rahil qələt eləyir, mən deyəndən sonra Rahil kimdir” dedi”.
İlqarın guya ərklə dediyi bu söz Elvinin xoşuna gəlmir, o iradını səsləndirir ki, ailələrin yanında belə davranış yolverilməzdir.
Mübahisə dərinləşir, vəziyyət o həddə çatır ki, emosiyaları sakitləşdirmək üçün araya girən Elvinin qayınatası İlqarın hədəfinə gəlir.
“Biz maşına minib getmək istəyirdik, bir də gördüm ki, İlqar əlinə ağac parçası alıb arxadan qayınatamın başına zərbə endirdi”, – deyə, Elvin ifadəsində söyləyib.
Bundan sonra onun İlqarla davası başlayır, əlbəyaxa olurlar, İlqar Elvinin ailəsinin yanında onu yumruqla vurur və nalayiq ifadələr işlədir.
Qisas almaq niyyətinə düşən Elvin İlqar Məmmədovu qəsdən öldürmək qərarına gəlir (istintaq belə deyir), cinayətkar niyyətini həyata keçirmək məqsədi ilə bacanağı Rahil Qeybalıyevin qaldığı otağa gedərək otaqda olan stolun üzərindəki bıçağı götürür. Onları sakitləşdirmək mümkün olmur, Elvin İlqarın üzərinə hücum edərək əlindəki bıçaqla onun döş qəfəsinə bıçaq zərbəsi endirir.
Yataqda olanlar, o cümlədən İlqar Məmmədovun ailəsi hadisədən xəbər tutur, bu zaman Elvin peşmançılıq hiss edir və şəxsən özü təcili yardım çağırır. Təcili yardım gecikdiyi üçün İlqarı avtomobilə qoyub xəstəxanaya aparırlar, İlqar özü isə yaralı halda başı Elvinin dizinin üstündə olur.
İlqarı xəstəxanaya aparsalar da, onun həyatını xilas etmək mümkün olmur.
Elvin ifadəsində qeyd edib ki, onun İlqarı öldürmək niyyəti olmayıb.
Məhkəmə Elvinin əməlini Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə (qəsdən adam öldürmə) ilə tövsif edib və Elvinə 12 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər
ELYAZ YAZAN: AZƏRBAYCANIMIZIN QEYRƏTLİ QADINI! DOĞUM GÜNÜN MÜBARƏK
BİLƏSUVAR RPŞ-SABİQ PROKURORU NƏ ÜÇÜN MÜDAFİƏ EDİR? CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB ETMİR?!!!
ABŞERON BİNƏ PEŞƏ LİSEYİNDƏ VARDIR BİR ALI, İŞÇİNİ HƏDƏLƏYİR, MÖHKƏMDİR DALI
ŞƏKİDƏ YOL QƏZASI, BİRİ YERİN ALTINDA, BİRİ DƏ YERİN ÜSTÜNDƏ HƏBS EDİLDİ