Sorğu
Оцените работу движка

08 Fev 13:48Iran

İranda DƏHŞƏTLİ CİNAYƏT - 17 yaşlı qızın əri onun başını kəsərək küçədə gəzdirdi

İranda DƏHŞƏTLİ CİNAYƏT - 17 yaşlı qızın əri onun başını kəsərək küçədə gəzdirdi


İranda erkən yaşda ərə verilmiş qızın əri onun başını kəsərək küçədə gəzdirib.

Respublikaxeber.az xarici mediaya istinadla xəbər verir ki, dəhşətli cinayət hadisəsi İranın Əhvaz bölgəsində baş verib.

Fevralın 5-də əhvazlı gənc 17 yaşlı həyat yoldaşınınn başını kəsərək küçədə nümayiş etdirib. Bir neçə dəqiqə dırnaqrası nümayişdən sonra cinayətkar gəncin hadisə yerindən qaçdığı bildirilib.

Dəhşətli hadisənin qısqanclıq zəminində baş verdiyi vurğulanıb. Qızın həyat yoldaşı tərəfindən qətlə yetirilməsini görənlər şok yaşayıb.

Məlumata görə, öldürülən qız daha öncə Türkiyəyə qaçıb. Ancaq atası və qardaşı tərəfindən tapılaraq yenidən İrana aparılıb.

Bədbəxt qızın başı əri və qardaşı tərəfindən vəhşicəsinə kəsilib. Hadisədən sonra kameralara poz verən qatil ər və qardaş həbs edilib.

Qeyd edək ki, İranda özəlliklə uşaq yaşda ailəsi tərəfindən zorla evləndirilən qızların ərləri tərəfindən öldürülməsi ilə bağlı tez-tez sosial mediada xəbərlər yayılır. Ümumiyyətlə, İran uşaq yaşda qızların zorla ərə verilməsinə görə dünyada ilk sıralarda yer alan ölkələrdən biri sayılır. Nəticə olaraq isə qızlar istəmədiyi insanlarla ya bir ömür yaşamaq ya da qaçıb başqa yerlərə sığınmaq, daha sonra isə bu cür dəhşətli cinayət hadisələrinin qurbanı olmaq taleyini yaşayırlar.
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi