Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
12 Fev 17:53Iqtisadiyyat
"Çoxlu şikayətlər daxil olur" - Deputatdan qaz sayğacları ilə bağlı TƏKLİF
"Qaz sayğacları ilə bağlı yaranan problem haqqında çoxlu şikayətlər daxil olur”.
Respublikaxeber.az Sfera.az - a istinadən xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Azay Quliyev deyib.
Deputatın sözlərinə görə, "Azəriqaz” QSC-nin rəhbərliyi bununla bağlı açıqlama versə də, problem olduğu kimi qalır:
"Şikayətlərin məzmunu budur ki, mexaniki-elektron sayğacların yazdığı vəsait faktiki sərfiyyatdan fərqlənir və nəticədə vətəndaşlar istifadə etmədikləri təbii qaza görə əlavə vəsait ödəməli olurlar.
Düzdü, bu məsələ ilə əlaqədar "Azəriqaz” İstehsalat Birliyi müəyyən açıqlama verdi, əlbəttə, verilən izahat qəbul etmək olar, ancaq bundan sonra da eyni məzmunlu şikayətlərin sayı azalmadı.
Bir məsələni də xüsusi qeyd etmək istəyirəm ki, Mənzil Tikinti kooperativləri tərəfindən qanunsuz olaraq sayğaclar sakinlərə pulla satılır.
Ona görə yaxşı olar ki, "Azərqaz”ın və QHT-lərin nümayəndələrindən ibarət bir komissiya yaradılsın və məsələ şəffaf şəkildə birgə araşdırılsın, komissiyanın gəldiyi nəticə ictimaiyyətə elan edilsin.
Bundan başqa şəffaflığı artırmaq və ictimai nəzarəti təmin etmək üçün kommunal xidmətlər göstərən bütün qurumlarda, xüsusilə təbii inhisar subyektlərində İctimai şuralar yaradılsın.
"İctimai iştirakçılıq haqqında” qanunda İctimai şuraların yaradılması imperativ qaydada yalnız mərkəzi, yerli və özünüidarəetmə orqanlarının üzərinə vəzifə kimi qoyulur, lakin ehtiyac olarsa, qanunvericiliyə müvafiq dəyişiklik etmək olar ki, bu qurumlarda da ictimai nəzarət mexanizmi təmin edilsin. Məncə biz qanunvericilikdə bu dəyişikliyə getməliyik". Respublikaxeber.az
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi