Sorğu
Оцените работу движка

05 Apr 16:30Iqtisadiyyat

Aprel ayında bu 12 altkoinə diqqət - Böyük irəliləyişlər var

Aprel ayında bu 12 altkoinə diqqət - Böyük irəliləyişlər var

Altkoin layihələri şəbəkələrində mühüm irəliləyişlər olduğunu açıqlayıb.

Respublikaxeber.az-ın məlumatına görə, altkoin layihələri aprel ayında öz şəbəkələrində bir çox yeniliklər baş verəcəyi haqda açıqlamalar verib.

“Sologenic” (SOLO) sahibi olan investorlara 100 milyon “Coreum” (CORE) paylanacaq.

Zoo Ekosistemi ilə əlaqəli məhsuldarlıq tətbiqi “Zoo Keeper” Avalanche şəbəkəsində işə salınır.

Aprelin 6-da kriptovalyuta bazarının ikinci ən böyük şəbəkəsi olan Ethereum (ETH) şəbəkəsində Light DeFi (LIGHT) ticarətinə start veriləcək.

Aprelin 8-də “Algorand” (ALGO) “Miami Tech” ayı çərçivəsində Mayamidə “AlgoTalks” adlı iclas keçirəcək. İclasda ekosistemin bir çox liderləri iştirak edəcək.

Aprelin 13-də “Polkadot” (DOT) ekosistemi “Paris Blockchain Həftəsi” çərçivəsində bir araya gələcək və “parachain”ləri müzakirə edəcək.

“SingularityNET” (AGIX) aprelin 18-də ERC-20 çeviricisinin əsas şəbəkə buraxılışını keçirəcək.

DeBank aprelin 25-də 2.0 versiyasını buraxır.

Aprel ayında “Horizon” (HZN), “Horizon Exchange”in BNB Chain-də əsas şəbəkəsini işə salması gözlənilir.

“Astar Network” (ASTR) aprel ayında şəbəkəsində ən azı 15 yeni layihəyə start verməyi planlaşdırdıqlarını bildirib.

“Secret Network” (SCRT) 2022-ci ilin aprelində “Shockwave Alpha” adlı əsas şəbəkə yeniləməsini elan edib.

“Kava” (KAVA) “Ethereum Co-Chain” beta buraxılışını və “Ethereum körpü” beta buraxılışını həyata keçirəcək.

Həmçinin, Kava Mint Protokolu üçün “MINT” tokeni veriləcək və “Kava Fondu” fəaliyyətə başlayacaq.
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi