Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
04 Apr 10:33Iqtisadiyyat
İşğaldan azad edilmiş ərazilərdə hansı məhsullar yetişdiriləcək? - AÇIQLAMA
İşğaldan azad edilmiş ərazilər aqrar sektorun inkişafı baxımından çox yaxşı potensiala malikldir və ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayacaq.
Respublikaxeber.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.
O bildirib ki, həmin ərazilər tarixən böyük taxılçılıq, pambıqçılıq, heyvandarlıq, tütünçülük, üzçümçülük məhsulları istehsal etməkdə öndə olublar.
“İstehsal olunan məhsullar istər məhsuldarlığına, istərsə də keyfiyyətinə görə daim fərqlənib. İşğaldan azad edilmiş ərazilərin bir qismi minalardan təmizlənib və təhlükəli olmayan ərazilər əkinə hazırlanmaqdadır. Aran ərazilərdə, yəni Ağdam və Füzuli rayonlarında pambıq, üzüm, şəkər çuğunduru, qarğıdalı yetişdirmək çox faydalıdır və həmin torpaqlar çox məhsuldardır.
Dağlıq ərazilər, yəni Kəlbəcər, Laçın və Qubadlı tarixən heyvandarlıq zonaları hesab olunublar.
Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə balıqçılığın inkişafı üçün lazım olan şərait var. Digər tərəfdən, həmin ərazilərdə tərəvəz və bostan məhsullarının yetişdirilməsi, yem əkinlərinin genişləndirilməsi tələbata uyğundur”, - deyə T.Rzayev qeyd edib.
T.Rzayev əlavə edib ki, bu gün ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi qarşıda duran əsas vəzifələrdəndir.
“İşğaldan azad edilmiş ərazilərdə taxılçılığın inkişafı gündəmdə olacaq və bunun üçün də həmin ərazilərdə mövcud vəziyyət qənaətbəxşdir. O torpaqlarda şəkər çuğunduru əkilə və yüksək məhsuldarlıq götürülə bilər”, - deyə komitə sədri əlavə edib.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi