Sorğu
Оцените работу движка

24 Fev 16:59Iqtisadiyyat

Ukraynada yaşayan soydaşlarımız üçün qaynar xətt yaradıldı

Ukraynada yaşayan soydaşlarımız üçün qaynar xətt yaradıldı


Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi Ukrayna ətrafında yaranmış vəziyyətlə əlaqədar diaspor təşkilatları və diaspor fəalları ilə sıx əlaqədədir. Ukraynada telefon və internet əlaqəsi kəsilmədiyi üçün soydaşlarımız arasında kommunikasiya mövcuddur.

Respublikaxeber.az xəbər verir ki, bu barədə KONKRET.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Ukraynada çoxlu sayda azərbaycanlıların yaşadığını nəzərə alaraq, Ukrayna Azərbaycanlıları Radasında operativ qərargah yaradılıb. Ukraynada, xüsusilə gərginliyin hökm sürdüyü bölgələrdə yaşayan soydaşlarımız hər hansı problem yaranacağı təqdirdə, +380442773489 telefon nömrəsi və info@rau.in.ua elektron ünvanı ilə əlaqə saxlaya bilərlər.

Mövcud vəziyyətlə əlaqədar soydaşlarımıza hər cür mənəvi və informasiya dəstəyini təmin etmək məqsədilə Ukrayna Azərbaycanlıları Radasının operativ qərargahı 24 saat fəaliyyət göstərir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi də Ukraynada daimi və müvəqqəti yaşayan Azərbaycan vətəndaşlarına müraciət edib.
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi