Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
26 Yan 16:53Iqtisadiyyat
Vəfat edən şəxsin pensiya kapitalı necə olacaq?
Yanvarın 26-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin 2022-ci ilin yaz sessiyasında ilk iclası keçirilib.
Respublikaxeber.az xəbər verir ki, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən KONKRET.az-a verilən məlumata görə, komitənin sədri Musa Quliyev iclasın gündəliyi barədə məlumat verib. Komitə sədri gündəliyin birinci məsələsi olan 2021-ci ilin payız sessiyası ərzində Əmək və sosial siyasət komitəsində görülən işlərin hesabatını təqdim edib.
Sonra gündəliyin ikinci məsələsi olan Əmək və sosial siyasət komitəsinin 2022-ci ilin yaz sessiyası dövrünə dair iş planı haqqında məlumat verən komitə sədri Musa Quliyev bildirib ki, “Məşğulluq haqqında” qanuna əlavə və dəyişiklik edilməsi iş planına salınıb. Həmçinin “Əmək pensiyaları sahəsində aparılan islahatlar: nəticələr, çətinliklər və perspektivlər” mövzusunda və “Tütün istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun icrası vəziyyəti barədə dinləmələrin keçirilməsi nəzərdə tutulub.
Əmək və sosial siyasət komitəsi sədrinin müavini Məlahət İbrahimqızı, komitə üzvləri Jalə Əliyeva, Vüqar Bayramov, Sevinc Hüseynova, İlham Məmmədov, Arzu Nağıyev, Aqil Məmmədov və Əziz Ələkbərov çıxış edərək müzakirə edilən sənədlərlə bağlı fikirlərini bildiriblər. Deputatlar ötən sessiyada komitənin məhsuldar işlədiyini, komitə üzvlərinin qanunvericilik fəaliyyəti ilə yanaşı, seçicilərin, xüsusən də şəhid ailələri və qazilərin qayğıları ilə yaxından maraqlandıqlarını qeyd ediblər.
Qarşıdakı sessiyada iş planı ilə bağlı fikirlərini bildirən komitə üzvləri dinləmələrin problemlərin ortaya çıxarılması və həlli yollarının axtarılmasında əhəmiyyətini vurğulayıblar, pandemiyanın məşğulluğa təsiri, qeyri-formal əmək münasibətlərinin rəsmiləşdirilməsi, şəxs vəfat edərkən onun pensiya kapitalının taleyi, əlillik və əlilliyin təyinatı məsələləri ilə bağlı rəylərini səsləndiriblər.
Müzakirələrə yekun vuran komitə sədri sosial siyasətin ən həssas və çətin sahələrdən biri olmasından bəhs edib, bu istiqamətdə Azərbaycanda böyük işlər görüldüyünü vurğulayıb. Bu məsələlərə doğru yanaşmağın vacibliyinə diqqət çəkən Musa Quliyev dövlətin sosial siyasətinə deputatların verə biləcəyi dəstəyə toxunub.
Sonda komitənin 2021-ci ilin payız sessiyası dövründə gördüyü işlər barədə hesabatı məqbul hesab edilib və 2022-ci ilin yaz sessiyası üçün iş planı təsdiqlənib.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər