Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
19 Yan 14:56Iqtisadiyyat
20 Yanvar şəhidlərinin ailələrinə ödənilən vəsaitin məbləği Açıqlandı
Bu vaxta kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) 135 nəfər 20 Yanvar şəhidinin ailəsi və əlili mənzillə, 100-dək 20 Yanvar əlili minik avtomobili ilə təmin edib.
RESPUBLİKAXEBER.AZ XƏBƏR VERİR Kİ, Nazirlikdən Manşet.az-a verilən məlumata görə, 20 Yanvar şəhidlərinin ailələri Prezidentin aylıq təqaüdləri ilə təmin olunur.
20 Yanvar əlillərinə də əlilliyə görə müavinət və ya pensiya, Prezidentin aylıq təqaüdləri ödənilir. Ötən dövrdə həmin sosial ödənişlər dəfələrlə artırılıb, həmçinin 2019-cu ildə sosial müavinət və təqaüdlərdə orta hesabla 100% artımlar edilib.
2021-ci ilin əvvəlindən isə onlara Prezidentin aylıq təqaüdləri növbəti dəfə orta hesabla 50% artırılıb və şəhid ailələri üçün 500 manata, 20 Yanvar əlilləri üçün I dərəcə üzrə 400 manata, II dərəcə üzrə 350 manata, III dərəcə üzrə 300 manata çatdırılıb.
2022-ci ilin əvvəlindən isə növbəti islahat paketi çərçivəsində əlilliyi olan şəxslərin müavinətləri növbəti dəfə artırılaraq, I dərəcə üzrə 150 manatdan 220 manata, II dərəcə üzrə 130 manatdan 180 manata, III dərəcə üzrə 110 manatdan 120 manata, birinci dərəcə əlilliyi olan şəxslərə qulluğa görə Prezidentin aylıq təqaüdü 50 manatdan 80 manata çatdırılıb.
Beləliklə, təkcə son üç ildə əlilliyə görə müavinətlər I dərəcə üzrə 2,7 dəfə, II dərəcə üzrə 3 dəfə, III dərəcə üzrə 2,3 dəfə artırılıb. Eyni zamanda, 20 Yanvar əlillərinin böyük hissəsi həm də pensiya ilə təmin olunur və son üç ildə pensiyaların da orta aylıq məbləği 60% artıb.
Müharibə əlilləri və şəhid ailələri kimi, 20 Yanvar əlilləri və şəhid ailələrinin də ölkəmizin ali və orta ixtisas təhsil müəssisələrində ödənişli təhsil alan övladlarının təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir. Şəhid ailələri üzvlərinin hər birinin yaşa görə əmək pensiyasına əlavə hesablanıb. Həmçinin hər il 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar 20 Yanvar şəhidlərinin ailələri və 20 Yanvar əlilləri birdəfəlik maddi yardımla təmin edilir.
Ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin uşaqları da aylıq müavinətlə təmin olunur. Əmək, vergi və digər sahələrə dair qanunvericiliklərdə şəhid ailəsi üzvləri, eləcə də müharibə və 20 Yanvar əlilləri üçün bir sıra imtiyaz və güzəştlər əksini tapıb.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər
ELYAZ YAZAN: AZƏRBAYCANIMIZIN QEYRƏTLİ QADINI! DOĞUM GÜNÜN MÜBARƏK
BİLƏSUVAR RPŞ-SABİQ PROKURORU NƏ ÜÇÜN MÜDAFİƏ EDİR? CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB ETMİR?!!!
ABŞERON BİNƏ PEŞƏ LİSEYİNDƏ VARDIR BİR ALI, İŞÇİNİ HƏDƏLƏYİR, MÖHKƏMDİR DALI
ŞƏKİDƏ YOL QƏZASI, BİRİ YERİN ALTINDA, BİRİ DƏ YERİN ÜSTÜNDƏ HƏBS EDİLDİ