Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
11 Yan 11:44Iqtisadiyyat
Ötən il neçə Vətən müharibəsi iştirakçısına əlillik təyinatı aparılıb? - RƏSMİ
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən ötən il 62 min şəxsə əlillik dərəcələri və bununla əlaqədar sosial ödənişlər təyin olunub.
Respublikaxeber.az xəbər verir ki, Nazirlikdən KONKRET.az-a verilən məlumata görə, 2021-ci ildə əlillik təyin olunanların sayı əvvəlki ilə nisbətən iki dəfədən çox olub.
Bu barədə agentliyin ötən ilki fəaliyyətinə və qarşısında duran hədəflərə həsr olunmuş iclasda qeyd edilib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev əlilliyin qiymətləndirilməsi sahəsində obyektivliyin və şəffaflığın, ədalətli yanaşmanın təmin olunmasının daim diqqətdə saxlandığını qeyd edib. O, həmçinin Vətən müharibəsində yaralanmış hərbçilərin əlilliyinin qiymətləndirilməsinə xüsusi qayğı ilə yanaşıldığını, eləcə də son illərdə yaradılmış müasir reabilitasiya infrastrukturundan istifadə edilməklə həmin hərbi qulluqçuların effektiv reabilitasiya xidmətləri ilə təminatı işlərinin aparıldığını diqqətə çatdırıb.
Bildirilib ki, Vətən müharibəsində yaralanmış hərbçilərdən artıq 2 515 nəfərə əlillik dərəcələri, Prezidentin aylıq təqaüdü və əlilliyə görə pensiya, yaxud əlilliyə görə müavinət təyin olunub. Eyni zamanda, 184 hərbçi yüksək texnologiyalı müasir 4-cü nəsil protezlə təmin edilib.
Keçən il əlilliyi olan şəxslərə əvvəlki ilə nisbətən 37,1 % çox olmaqla 48 min reabilitasiya vasitəsi verilib. 8 716 şəxs reabilitasiya vasitələri ilə təmin olunub ki, onlardan 1 200 nəfəri ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərdir. Agentliyin reabilitasiya müəssisələrində ötən il 9 325 nəfərə reabilitasiya xidmətləri göstərilib.
İclasda yaxın vaxtlarda Şəmkir Uşaq Reabilitasiya Mərkəzinin istifadəyə veriləcəyi qeyd edilib. Əlilliyin qiymətləndirilməsi işində operativliyin və şəffaflığın artırılması, əlilliyin müəyyən edilməsində yeni meyarların tətbiqinə hazırlıq, bu sahədə praktiki təlim proqramının hazırlanması işlərindən bəhs olunub.
Reabilitasiya xidmətlərində tibbi modeldən biopsixososial modelə keçidin təmini, bu xidmətlərin əlçatanlığının və əhatə dairəsinin artırılması, səyyar reabilitasiya xidmətlərinin təşkili, kadr potensialının gücləndirilməsi, əlillik və reabilitasiya sahəsində rəqəmsallaşmanın geniş tətbiqi və s. istiqamətlərdə aparılan işlər müzakirə olunub.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi