Yeni XəbərLər
“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.”
31.12
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
Arxiv
Sorğu
Оцените работу движка
05 Yan 15:38Iqtisadiyyat
Nazir: “Dörd iri dövlət şirkətinin maliyyə nəticələri yaxşılaşır”
“Dövlət Neft Şirkəti (SOCAR) də daxil olmaqla 4 iri dövlət şirkətinin maliyyə nəticələrinin əhəmiyyətli dərəcədə yaxşılaşması müşahidə olunur, bu meyl güclənir”.
Respublikaxeber.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Nazir qeyd edib ki, ötən müddətdə Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyəti çərçivəsində dövlət şirkətlərində korporativ idarəetmə islahatlarına start verilib.
“Hazırda bu şirkətlərin fəaliyyətinin maliyyə nəticələrinin yaxşılaşdırılmasına və şəffaflığın artırılmasına yönəlmiş kompleks fəaliyyət planı həyata keçirilir. Bu günə qədər 9 şirkətdə Müşahidə Şurası yaradılıb, birinin tərkibi dəyişdirilib. Holdinqin idarəetməsinə verilmiş 8 dövlət müəssisəsinə beynəlxalq məsləhətçilər cəlb edilməklə hüquq, maliyyə, vergi və kommersiya sahələrində fəaliyyət nəticələrinin diaqnostikası aparılıb. Hazırda 3 şirkətdə bu proses tamamlanmaqdadır. Diaqnostika əsasında təkmilləşdiriləcək sahələr və həll ediləcək məsələlər üzrə tədbirlər planı hazırlanır. Portfel şirkətlər üzrə korporativ strategiyaların hazırlanması, illik və ortamüddətli səmərəlilik göstəriciləri və maliyyə dayanıqlığının artırılması üzrə hədəflərin müəyyən olunması, habelə divident siyasətinin hazırlanması tədbirlər planının mühüm istiqamətlərini təşkil edir”, – deyə o, qeyd edib.
“Holdinqin İdarəetməsinə verilmiş dövlət şirkətləri ölkə iqtisadiyyatının təməl müəssisələridir. Bu şirkətlərdə idarəetmə sisteminin təkmilləşdirilməsi, şəffaflığın və iqtisadi səmərənin yüksəldilməsi, rəqabət qabiliyyətinin artırılması, maliyyə durumu və dayanıqlığın yaxşılaşdırılması əsas vəzifə olaraq müəyyənləşdirilib”, – deyə M.Cabbarov əlavə edib.
Yorum ekle
Xəbərlər
“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.” 16:46"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23
Istifadəçi Girişi
Populyar Xəbərlər
“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.”
TƏCİLİ! UCARDA YOL QƏZASI BAŞ VERDİ, XƏSARƏT ALANLAR VAR
Dəhşət!!!! KQMBİ səhiyyə nazirliyində əməliyyat keçirdi.
Beyləqandada narkotik vasitənin və spirtli içkinin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib*
Beyləqandada narkotik vasitənin və spirtli içkinin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib