Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
22 Dek 16:52Iqtisadiyyat
Bakıda Azərbaycan-Türkiyə I Enerji Forumu keçirildi - 6 sənəd İMZALANDI
Bu gün Bakıda Azərbaycan-Türkiyə I Enerji Forumu keçirilib.
Respublikaxeber.az xəbər verir ki, forum çərçivəsində 6 sənəd imzalanıb.
İmzalanan ilk sənəd Azərbaycan-Türkiyə I Enerji Forumunun Protokolu olub. Protokolu Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz imzalayıblar.
Nazirlər Türkiyə Respublikasının Enerji və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi arasında təbii qazın tədarükünə dair Anlaşma Memoranduma da imza atıblar.
Üçüncü sənəd Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında mədənçilik sahəsində əməkdaşlıq haqqında Saziş olub. Sazişi Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz imzalayıblar.
Dördüncü sənəd Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi və “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti ilə Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyinin Mədən Tədqiqi və Axtarış Baş İdarəsi və MTA Beynəlxalq Mədənçilik Şirkəti arasında əməkdaşlığın həyata keçirilməsi sahəsində Anlaşma Memorandumdur.
Sənədi Azərbaycan tərəfindən Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin sədri Samir Qurbanov və “AzerGold” QSC-nin rəhbəri Zakir İbrahimov, Türkiyə tərəfindən isə Mədən Tədqiqi və Axtarış Baş İdarəsinin baş direktoru Yasin Erdoğan imzalayıblar.
Beşinci sənəd Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidməti ilə Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyinin Mədən Tədqiqi və Axtarış Baş İdarəsi arasında yer elmləri sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu olub. Bu memorandumu Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev və Mədən Tədqiqi və Axtarış Baş İdarəsinin Baş direktoru Yasin Erdoğan imzalayıblar.
Sonuncu sənəd isə “Azerenerji” ASC və “Türkiye Elektrik İletim Anonim Şirketi” (TEİAŞ) arasında əməkdaşlıq Protokolu olub. Bu sənədi “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev və TEİAŞ-ın Baş direktoru Orhan Kaldırım imzalayıblar.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi