Sorğu
Оцените работу движка

17 İyl 12:35Idman

Tokioda atletlər kəndində koronavirusa ilk yoluxma aşkar edilib

Yay Olimpiya oyunlarının keçiriləcəyi Tokioda atletlər kəndində koronavirusa ilk yoluxma aşkar edilib.

Respublikaxeber.az-ın məlumatına görə, bu barədə Olimpiya oyunlarının təşkilat komitəsi bildirib.

İnfeksiyaya yoluxmuş şəxsin adı açıqlanmır. Onun idmançı olmadığı, iştirakçı ölkələrdən birinin nümayəndə heyətinin üzvü olduğu deyilir.

Qeyd olunur ki, indiyədək Yaponiya paytaxtına gələn idmançılarda koronavirus aşkar edilsə də, bu hal əsasən, hava limanında aşkar edilirdi. Bu, atletlər kəndində qeydə alınmıç ilk yoluxmadır.

Virusa yoluxmuş şəxs təcrid edilib, hazırda onunla təmasda olan şəxslərin müəyyənləşdirilməsi aparılır.

Xatırladaq ki, Tokio-2020 Yay Olimpiya oyunları koronavirus pandemiyasına görə bu ilə təxirə salınmışdı. Yarışlar iyulun 23-dən avqustun 8-dək tamaşaçısız keçiriləcək.
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi