Sorğu
Оцените работу движка

03 Fev 10:54Idman

UEFA "Qarabağ"la oyunu "Marsel" üçün təhlükəli səfər adlandırdı

UEFA "Qarabağ"la oyunu "Marsel" üçün təhlükəli səfər adlandırdı

UEFA "Qarabağ"a qarşı UEFA Konfrans Liqasının pley-off mərhələsində Bakıdakı oyununu Fransa "Marsel"i üçün təhlükəli səfər adlandırıb.

Respublikaxeber.az xəbər verir ki, bu barədə Avropa futbol qurumunun rəsmi saytında Konfrans Liqasının pley-off oyunlarına həsr olunmuş yazıda bildirilir.

Qurum ilk qarşılaşmada Fransa təmsilçisinin Azərbaycan klubunu qəbul edəcəyini xatırladıb: "Marsel" Konfrans Liqasının qrupunda İsveçrə "Bazel"indən sonra ikinci yeri tutan, lakin Kipr "Omoniya"sı və Qazaxıstan "Kayrat"ını xeyli qabaqlayan "Qarabağ"a çağırış edir. Xorxe Sampaolinin baş məşqçi olduğu komanda Avropanın digər ucuna təhlükəli səfərdən əvvəl qış fasiləsi səbəbindən fevralın əvvəlinədək matç keçirməyən komandaya qarşı "Velodrom"da ilk oyununa çıxacaq".

Qeyd edək ki, "Qarabağ" "Marsel" komandası ilə ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək.
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi