Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
27 Apr 19:38Idman
Azərbaycan qəzaya düşən Formula-1 pilotuna cərimə ödəyəcək - Azad Rəhimovun oğlu açıqladı
"Bizdə şəhər trası olduğundan orda 300-dən çox kanalizasiya lyuku var. Biz onların hamısını bərkidib, hər birini yürüşün startından bir neçə gün əvvəl yoxlamışıq".
Sonxeber.az istinadən Respublikaxebere verdiyi məlumata görə "championat.com" saytına istinadən məlumatına görə, bu sözləri Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) icraçı direktoru Arif Rəhimov deyib.
Funksioner Bakıdakı yarışın ilk günündə yaşanan qəza barədə fikirlərini açıqlayıb. A.Rəhimov birinci sərbəst yürüş zamanı kanalizasiya qapağının yaxşı bərkidilməmiş hissəsinə ilişərək qəza ilə üzləşən "Uilyams" bolidinə dəymiş zərərin sığorta üzrə ödənəcəyini bildirib: "Bu halda isə problemi vizual olaraq görmək mümkünsüz idi. Problem aşağı hissədən qaynaqlandı, kanalizasiya qapağını saxlayan qarmaqlar pas atıb və nəticədə "Uilyams"la belə xoşagəlməz hadisə yaşanıb. Amma belə hallar olur. Biz birinci deyilik ki, bununla üzləşir, Monakoda da, Çində də, Malayziyada da belə olub. Yəni təkcə şəhər trasları deyil, treklərdə də yaşanıb. Təəssüf ki, bu dəfə belə halla biz üzləşdik. Bir neçə dəfə "Uilyams"dan üzr istədik. Komandaya dəymiş zərər sığorta üzrə ödənəcək. Söhbətin hansı məbləğdən getdiyini hələ bilmirik. Amma dəqiqdir ki, həmin zərər tamamilə ödənəcək. Baş verənlərdən sonra biz hər qapağı 4 dəfə yoxladıq. Mümkün olan hər şeyi bərkitdik. 100 faizlik etibarlılıq yəqin ki, heç yerdə yoxdur. Lakin biz 99,9 faiz təminat veririk. Bir daha belə hal yaşanmamalıdır".

Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi