Sorğu
Оцените работу движка

06 Yan 16:19Idman

Elxan Məmmədov yeni işinə başlayacağı tarixi açıqladı

Elxan Məmmədov yeni işinə başlayacağı tarixi açıqladı

“Dünən federasiya rəhbərliyinin iştirakı ilə iclas baş tutdu. Mən də gənclərdən ibarət milliyə baş məşqçi təyin olundum”.

Respublikaxeber.az xəbər verir ki, Bunu Oxu.Az-a açıqlamasında cüdo üzrə gənclərdən ibarət millimizin yeni baş məşqçisi Elxan Məmmədov deyib.

O bildirib ki, gənclər millisində işinə tam olaraq fevralda keçiriləcək Azərbaycan çempionatından sonra başlayacaq:

“Hazırda gənclərdən ibarət millinin təlim-məşq toplanışı yoxdur. Lakin fevralın 27-də başlayacaq Azərbaycan çempionatı başa çatdıqdan sonra toplanışımız olacaq. Hazırda böyüklərdən ibarət millimiz təlim-məşq toplanışındadır. Onların içərisində gənclər millimizin üzvləri də var, formalarını saxlamaq üçün orada məşq keçirlər. Məşq zamanı onları nəzarətdə saxlayacağıq”.

Xatırladaq ki, dünya və Avropa çempionu olan Elxan Məmmədov 2018-2021-ci illərdə əsas millimizdə ukraynalı baş məşqçi Ruslan Maşurenkonun köməkçisi işləyib. Tokio Olimpiadasında kişi millimizin uğursuz çıxışından sonra o da digər məşqçilər heyəti ilə birgə avqustda istefaya göndərilib.
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi