Yeni XəbərLər
“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.”
31.12
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
Arxiv
Sorğu
Оцените работу движка
12 İyn 14:44Idman
Azərbaycanda “Formula-1”in ləğv olunmasının əsl səbəbi bilindi
“Formula-1 Azərbaycan Qran-Prisi”nin ləğvinin səbəbi açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu qərar davam edən qlobal koronavirus pandemiyası ilə əlaqədar Azərbaycan Respublikası hökuməti, “Formula-1” dünya çempionatının rəhbərliyi və Beynəlxalq Avtomobil Federasiyası (FIA) tərəfindən aparılan geniş müzakirələr nəticəsində birgə qəbul olunub.
Azərbaycan və Sinqapur Qran-prilərinin ləğvinin səbəbi kimi hazırda koronavirusla bağlı davam edən qeyri-müəyyən vəziyyətin yarış obyektinin vaxtında tikilib başa çatmasına əngəl törətməsi göstərilib.
Həmçinin bu proses zamanı tikinti işçilərini və mühəndislərin sağlamlıq baxımından təhlükə altında olacağı nəzərə alınıb. Bununla yanaşı, bütün dünyada ölkələr tərəfindən həyata keçirilən müxtəlif önləyici tədbirlər və həmçinin bu tədbirlərin ölkələr arasındakı səyahətə olan təsirləri bu il Bakıda yarış həftəsonunun reallaşması imkanını bir az da azaldıb. Bütün bu səbəblər Bakı Şəhər Halqasına Azərbaycan Qran-Prisini ləğv etməkdən başqa seçim qoymayıb.
Builki yarışın ləğvinə görə alınan biletləri geri qaytarmaq istəyənlər bilet@bakugp.az elektron ünvanı vasitəsilə müraciət edə bilərlər. Əks halda, alınan biletlər gələn il baş tutacaq yarış üçün etibarlı hesab ediləcək.
Digər tərəfdən, builki yarışın ləğvi yerli promouter üçün hər hansı maliyyə öhdəliyi yaratmır və eyni zamanda, builki yarışın keçirilməsi ilə bağlı ödənilmiş lisenziya haqqı olduğu kimi gələn ilki yarış mövsümünə ötürüləcək.
Qeyd edək ki, bu il “Formula-1”in Bakıda sentyabrda keçirilməsi müzakirə olunurdu. Lakin bu gün həmin yarışın baş tutmayacağı rəsmiləşib.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.” 16:46"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23
Istifadəçi Girişi
Populyar Xəbərlər
12 ÖLKƏ ÜZRƏ KEÇİRİLƏN BEYNƏLXALQ YARIŞMADA, 1-Cİ YERİN QALİBİ OLAN ZÜMRÜD BAYRAM QIZI, BU GÜN YENƏ İKİ QIZIL MEDALLA ŞƏKİYƏ QAYITDI!
MÜSTƏNTİQDƏN QEYRİ ADİ BİR TÖVSİYƏ (TƏKLİF) "O MƏNİM QARDAŞIM DEYİL! 5 İL BUNDAN ÖNCƏ SİLMİŞƏM! GEDİN, ASIN! KƏSİN! DOĞRAYIN! ÖLDÜRÜN!
TEMP LİFT LTD ŞİRKƏTİ, ÖZ TEMPİ İLƏ GEDİR? YENİLƏNDİ
AZƏRİŞIĞIN ƏMƏKDAŞI JURNALİST ELYAZ YAZANA HÜCUM ÇƏKDİ
ELYAZ YAZAN, DOSTUNA ANASININ VƏFATI İLƏ BAŞ SAĞLIĞI VERİB
BU GÜN AZƏRBAYCANDA BƏLƏDİYYƏ SEÇKİLƏRİDİR
Beyləqanda narkotik vasitənin və spirtli içkinin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib*
Beyləqandada narkotik vasitənin və spirtli içkinin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib
ÇÖRƏYİN QİYMƏTİNİN 5 QƏPİK ARTMASINA SƏBƏB NƏDİR?