Sorğu
Оцените работу движка

15 Dek 17:52Idman

Həbib Nurməhəmmədov Azərbaycan haqqında: "Elə yedizdirəcəklər ki..."

Həbib Nurməhəmmədov Azərbaycan haqqında: "Elə yedizdirəcəklər ki..."

Rusiyalı tanınmış MMA döyüşçüsü Həbib Nurməhəmmədov və onun komandası “Fitroo” brendi ilə əməkdaşlığa həsr olunmuş mətbuat konfransı keçirib.

Respublikaxeber.az xəbər verir ki, müvafiq video idmançının “YouTube” kanalında yayımlanıb.

Məşhur döyüşçü tədbir zamanı Azərbaycan və azərbaycanlı həmkarları barədə də danışıb.

Nurməhəmmədov həmyerlimiz Nəriman Abbasovun potensialını yüksək qiymətləndirib və onun UFC çempionatında rahatlıqla mübarizə apara biləcəyini söyləyib.

“Azərbaycanda boks, güləş, cüdo kimi idman növləri yaxşı inkişaf edib. Amma nədənsə MMA döyüşçüləri bir qədər azdır”,- deyə Həbib təəccüblənib.

Məğlubedilməz döyüşçü Azərbaycandan təklif alacağı təqdirdə böyük məmnuniyyətlə ölkəmizdə birgə layihələr həyata keçirəcəyini bildirib.

“Bakıda bir neçə dəfə olmuşam. Tarixi və sürətlə inkişaf edən bir şəhərdir. Mətbəxi xüsusilə qeyd etmək istərdim. Fəaliyyətdə olan idmançı orada çox qalmamalıdır. Elə yedizdirəcəklər ki, dərhal 3-4 kq artıq çəki alacaqsan. Çox yaxşı insanlardır. Bizim qonşularımızdır. Ömür boyu birlikdə yaşamışıq”, – deyə Nurməhəmmədov vurğulayıb.
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi