Sorğu
Оцените работу движка

03 Sen 08:17Idman

Paralimpiya Oyunları: Azərbaycan üzgüçüsü üçüncü qızıl medalına doğru

Paralimpiya Oyunları: Azərbaycan üzgüçüsü üçüncü qızıl medalına doğru

Tokioda keçirilən Yay Paralimpiya Oyunlarında Azərbaycanın daha bir idmançısı finala vəsiqə qazanıb.

Respublikaxeber.az-ın Oxu.Az-a istinadən xəbərinə görə, S12 kateqoriyası üzrə 100 metr baterflay üsulu ilə üzgüçülük yarışında iki idmançımız təsnifat mərhələsində mübarizə aparıb.

Bunlar ikiqat Paralimpiya çempionumuz Roman Saley və Azərbaycanın ən gənc Paralimpiya qızıl medalçısı Vəli İsrafilov olub. Beş nəfərin yarışdığı təsnifat mərhələsində Belarus əsilli idmançımız hamıdan tez – 58.99 saniyəyə finişə çatıb. Vəli isə 1:10.59 dəqiqə nəticə göstərməklə sonuncu olub.

Beləliklə, Roman Saley bu gün Bakı vaxtı ilə saat 13:53-dən etibarən final mərhələsində mübarizə aparacaq. Səkkiz nəfərin yarışdığı finalda Saley tən ortada – dördüncü sırada (təsnifat mərhələsində hamıdan ən yaxşı nəticə göstərdiyi üçün – S.M.) mübarizə aparacaq.

Qeyd edək ki, Azərbaycan hazırda 11 qızıl, 1 gümüş və 4 bürünc medalla 10-cu sıradadır.
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi