Sorğu
Оцените работу движка

18 Avq 08:01Idman

Şahmat üzrə Avropa çempionatı: Gülnar Məmmədova 5-ci yerə yüksəlib

Şahmat üzrə Avropa çempionatı: Gülnar Məmmədova 5-ci yerə yüksəlib

Bu gün Rumıniyanın Yassa şəhərində şahmat üzrə qadınlar arasında Avropa çempionatının səkkizinci turunun oyunları keçirilib.

Respublikaxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, təmsilçimiz Gülnar Məmmədova Laura Unuk (Sloveniya) üzərində qələbə qazanaraq xallarının sayını 6-ya çatdırıb. Bu nəticə ilə o, 5-ci yerə yüksəlib.

Digər təmsilçilərimiz Ülviyyə Fətəliyeva Marina Brunello (İtaliya), Xanım Balacayeva Mariya Qevorqyan (Ermənistan), Xəyalə Abdulla Louise Başilina (Almaniya) üzərində qələbə qazanıblar.

Günay Məmmədzadə serbiyalı İnjac Teodora, Gövhər Beydullayeva Nino Batsiaşvili (Gürcüstan), Zeynəb Məmmədyarova Anna Qvantseladze (Rusiya), Türkan Məmmədyarova Anna Kubova (Çexiya), Ayan Allahverdiyeva isə Petronela Paraşiv (Rumıniya) ilə heç-heçə ediblər. Nəsrin Babayeva isə Andrea Navroteskuya (Fransa) məğlub olub.

Səkkiz turdan sonra G.Məmmədzadə 5,5, Ü.Fətəliyeva, G.Beydullayeva, X.Balacayeva 5, Zeynəb Məmmədyarova 4, T.Məmmədyarova, X.Abdulla 3,5, N.Babayeva 3, A.Allahverdiyeva 2,5 xal toplayıblar.

Qitə birinciliyi avqustun 21-dək davam edəcək. Yarışın ümumi mükafat fondu 60 min avro təşkil edir.
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi