Sorğu
Оцените работу движка

07 İyl 15:09Ic-Siyaset

Azərbaycanda özəl ekspertizalar fəaliyyətə başlayacaq? - RƏSMİ

Azərbaycanda özəl ekspertizalar fəaliyyətə başlayacaq? - RƏSMİ

“Hazırda Azərbaycanda özəl ekspertiza ilə bağlı fəaliyyət həyata keçirilmir. Bununla bağlı normativ hüquqi aktların qəbul edilməsi istiqamətində işlər gedir”.

Respublikaxeber.az Oxu.Az-a istinadən xəbər verir ki, bu sözləri Məhkəmə Ekspertizası Mərkəzinin şöbəsi rəisi Hümmət Vəliyev Azərbaycanda özəl məhkəmə ekspertiza mərkəzlərinin yaradılmasını nəzərdə tutan Prezident İlham Əliyev 2019-cu ildə imzaladığı fərmanın icrası ilə bağlı məsələyə aydınlıq gətirərkən deyib.

O bildirib ki, özəl ekspertiza mərkəzlərinə fəaliyyətə başlamaq üçün ekspert şəhadətnaməsi verilməsi qaydası, özəl ekspertlərin xüsusi biliyini müəyyən edən sənədlərin siyahısı, məhkəmə ekspertlərinin və digər sənədlərin hazırlanması hazırda baxış mərhələsindədir:

“Bu səbəbdən hələlik özəl ekspertiza fəaliyyətə başlamayıb. Ümid edirik ki, biz yaxın müddətdə ölkəmizdə özəl ekspertiza fəaliyyətini müşahidə edəcəyik”.
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi