Sorğu
Оцените работу движка

05 Noy 18:27Ic-Siyaset

General Mövlam Şıxəliyev məhkəmədə HUŞUNU İTİRDİ

General Mövlam Şıxəliyev məhkəmədə HUŞUNU İTİRDİ

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi, general Mövlam Şixəliyev bugünkü məhkəmə prosesində huşunu itirib.

Respublikaxeber.az xəbər verir ki, Onun vəkili Ceyhun Yusifov KONKRET.az-a açıqlamasında bildirib ki, müvəkkilinə təcili yardım göstərildikdən sonra özünə gəlib. Bundan sonra proses təxirə salınıb.

Məhkəmə noyabrın 16-da davam etdiriləcək.

Vəkil bildirib ki, M.Şixəliyevin səhhəti onun həbsdə saxlanılmasına adekvat deyil: “Mövlam Şixəliyev dəfələrlə ürək əməliyyatı keçirib. Həbsdən əvvəl də ürək əməliyyatına hazırlaşırdı. Səmərəli məhkəmə araşdırması üçün onun ev dustaqlığına buraxılması zəruridir”.

Qeyd edək ki, sabiq MTN generalı Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almaqda, həmçinin səlahiyyət həddini aşmaqda və sübutları saxtalaşdırmaqda ittiham edilir.
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi