Sorğu
Оцените работу движка

19 Avq 05:17Ic-Siyaset

Qaz sayğacına aid köhnə kartdakı məbləği yenisinə köçürmək olar?

“Azəriqaz” İB-nin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev dəyişdirilmiş qaz sayğacının (əvvəlcədən ödənişli) köhnə kartında olan məbləğin yeni karta necə köçürülməsi ilə bağlı suala aydınlıq gətirib.

Bunun üçün abonentin özü və yaxud notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında çıxış edən digər vətəndaş “ASAN Kommunal” mərkəzlərinə yaxınlaşmalıdır.

Şöbə rəisinin sözlərinə görə, “ASAN Kommunal” mərkəzlərinə yaxınlaşan şəxslər şəxsiyyət vəsiqəsinin əsli, quraşdırılma aktı, çıxarılan və yeni quraşdırılan smart-kartları təqdim etməlidirlər.

“Qeyd edilən sənədləri təqdim etməklə köhnə kartda olan məbləği yeni karta əlavə heç bir rüsum ödəmədən köçürə bilərlər”, – deyə şöbə rəisi bildirib.
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin: